İSFƏNDİYAR BƏHLUL OĞLU AĞAYEV
Hüquq elmləri doktoru, Professor
İ
sfəndiyar Ağayev - hüquq elmləri doktoru, professor, Cinayət hüququ, Beynəlxalq cinayət hüququ və Cəza-icra hüququ üzrə ümumi həcmi 500 çap vərəqi olan 17 kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir. O, 9 iyun 1973-cü il tarixdə Bakı şəhərində professor Bəhlul Ağayevin ailəsində dünyaya göz açmışdır. 1990-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Bakı Dövlət Universitetinin «Beynəlxalq hüquq və beynəlxalq münasibətlər» fakültəsinə qəbul olunmuş və 1995-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində işləmiş, 1996-2000-ci illərdə AMEA-nın Fəlsəfə və hüquq institutunun «Cinayət hüququ» ixtisası üzrə aspirantı olmuşdur. 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2000-ci ildə İsfəndiyar Ağayev Moskva Dövlət Hüquq Akademiyasında «12.00.08 - cinayət hüququ və kriminologiya, cəza-icra hüququ» ixtisası üzrə «Residiv cinayətlərə görə məsuliyyət barəsində cinayət-hüquq normalarının təkmilləşdirilməsi problemləri» mövzusunda dissertasiyasını uğurla müdafiə etmişdir. Bunun ardınca Bakı Dövlət Universitetinin «Cinayət hüququ» kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Hal-hazırda Ağayev «Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumi hissə», «Azərbaycan Respublikasının Cinayət hüququ. Xüsusi hissə» və «Azərbaycan Respublikasının Cəza-icra hüququ» fənnləri üzrə Bakı Dövlət Universitetində Azərbaycan, ingilis və rus dillərində, «Xarici ölkələrin müqayisəli Cinayət hüququ» və «Xarici ölkələrin müqayisəli Penitensiar hüququ» proqramları çərçivəsində «Rusiya Cinayət hüququ» və «Rusiya Penitensiar hüququ» fənnləri üzrə isə, Avropa universitetlərində ingilis dilində mühazirələr keçirir.
İ.B. Ağayev cinayətlər çoxluğunun müxtəlif problemləri ilə bağlı Azərbaycan və Rusiyanın ali qanunvericilik orqanlarına çox sayda təkliflər vermişdir. Onun təklifi əsasında «cinayətlərin residivi» (sadə residiv) və «cinayətlərin təhlükəli residivi» anlayışları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə daxil edilmişdir. Daha sonra, Ağayevin təkliflərinə uyğun olaraq, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin əlli üç maddəsinə dəyişiklik edilmişdir. Məhz belə, Cinayət Məcəlləsinin aşağıdakı normalarına əlavələr edilmiş: 63.1.“a”; 146.2; 147.2; 151.3; 158.2 “б”; 159.2; 160.2; 162.2; 165.2; 174.2; 178.2; 181.2; 184.2; 187.2; 194.2; 199.2; 202.2; 204.2; 204.4; 205.2; 222.2; 223.2; 227.2; 234.2; 245.2; 260.2; 291.2; 323.2; 326.2; 327.2., aşağıdakı normaları isə, Məcəllədən çıxarılmışdır: 105.2. “н”; 111.3. “в”; 112.3. “ж”; 126.2. “б”; 127.2. “б”; 131.2. ”a”; 132.2. “a”; 161.2. “б”; 163.2. “б”; 164.2. “б”; 166.2. “б”; 179.2. “a”; 188.3. “a”; 206.2. “б”; 211.2. “б”; 221.2. “б”; 226.3. “б”; 228.3.; 229.2. “б”; 230.2. “б”; 231.2. “б”; 290.4. “б”; 335.2. “б”.
İsfəndiyar Ağayevin «Azərbaycan Respublikası və Rusiya Federasiyası cinayət qanunvericiliklərində cinayətlər çoxluğu problemləri» mövzusunda rus dilində hazırladığı doktorluq dissertasiyası 27 yanvar 2004-cü il tarixdə Bakı Dövlət Universitetinin «Cinayət hüququ və kriminologiya» və «Cinayət prosesi» kafedralarının birgə iclasında geniş müzakirə edilərək, açıq müdafiəyə məsləhət görülmüş, bir müddət sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert komissiyasında müzakirə edilərək, Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı əsasında müdafiəyə buraxılmışdır. 2015-ci ildə dissertasiya işinin «Problems of multiplicity of crimes in the criminal legislations of the Russian Federation and the Azerbaijan Republic» adlı yeni, ingilis versiyası Almaniya alimlərinin diqqətini cəlb etmiş və iş məşhur Leypsiq Universitetinə təqdim olunmuşdur. 2016-cı ildə Ağayevin doktorluq dissertasiyası həmin Universitet tərəfindən tanınaraq, onun nəşriyyatında çap edilmişdir.
İsfəndiyar Ağayev Azərbaycan, Rusiya və ümumilikdə dünya hüquq elminə qiymətli töhfələr vermişdir. Azərbaycan bölməsi üzrə «Azərbaycan Respublikasının Cəza-icra hüququ. Ümumi hissə», «Azərbaycan Respublikasının Cəza-icra hüququ. Xüsusi hissə», «Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumi və Xüsusi hissələr», rus bölməsi üzrə «Уголовное право Азербайджанской Республики. Общая и Особенные части» və «Уголовно-исполнительное право Азербайджанской Республики» kimi mühüm dərsliklər Azərbaycan hüquq elmi tarixində ilk dəfə məhz Ağayev tərəfindən yazılmışdır. İsfəndiyar Ağayevin Azərbaycan hüquq elminə verdiyi ən qiymətli töhfəsi, onun 2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq olunmuş, Almaniyanın Leypsiq Universitetinin nəşriyyatında çap edilmiş və Londonda beynəlxalq konfransda geniş təqdimatı keçirilmiş «Criminal law. The General part» adlı kitabıdır. Sözügedən əsər Azərbaycan hüquq elmi tarixində Avropanın Universitet nəşriyyatlarında çap edilmiş ilk kitab olaraq, Azərbaycan cinayət qanunvericiliyini bütün dünyaya tanıtmışdır.
İsfəndiyar Ağayev Rusiyanın hüquq sahəsini tam təfsilatı ilə beynəlxalq müstəviyə çıxaran ilk alimdir. Belə ki, onun 2017-ci ildə Almaniyanın Leypsiq Universitetinin nəşriyyatında ingilis dilində çap etdirdiyi 875 səhifəlik «Russian Criminal law» adlı kitabı dünya hüquq tarixinə Rusiya hüquq elminin ilk beynəlxalq miqyaslı kitabı kimi daxil olmuşdur. Azərbaycanlı alimin Rusiya kimi böyük dövlətin tarixinə belə bir möhtəşəm əsərin müəllifi kimi yazılması millətimizə qürur gətirən haldır. Hal-hazırda həmin kitab Avropa Universitetləri tərəfindən dərslik kimi tövsiyə edilir.
2018-ci ildə Almaniyanın Leypsiq Universitetinin nəşriyyatında İsfəndiyar Ağayevin ingilis dilində növbəti - «Russian Penitentiary law» kitabı çap edilmişdir. Bu kitab Rusiya cəza sistemini tam əhatə edən ilk beynəlxalq miqyaslı elmi-tədris əsəri kimi dünya hüquq elmi tarixində yer almışdır. «Russian Penitentiary law» kitabı da Avropa Universitetlərində dərslik kimi istifadə edilir.
İsfəndiyar Ağayevin elmi əsərləri Cinayət hüququnun dünya üzrə ən mötəbər elmi-tədqiqat institutu olan, Almaniyanın Frayburq şəhərində yerləşən «Max Planck Institute for Foreign and International Criminal Law» tərəfindən tövsiyə edilir.
2019-cu ildə, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə, İsfəndiyar Ağayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.
2019-cu ildə, elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Bakı Dövlət Universitetinin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə, Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə «Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)» Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
İsfəndiyar Ağayev öz üzərinə düşən vəzifələrin məsuliyyətini dərk edir. O, hərbi xidmətdə olmuş, zabitlik məktəbini bitirmiş və ehtiyatda olan zabitdir.
İsfəndiyar Ağayev ailəlidir, üç övladı var.