Aghayev I.B.
Problems of multiplicity of crimes in the criminal legislations of the Russian Federation and the Azerbaijan Republic.
Monoqrafiya.
Leypsiq: «Leypsiq Universitetinin nəşriyyatı», 2016.
272 səhifə. 22 çap vərəqi.
Təqdim olunan elmi-tədqiqat işi cinayətlər çoxluğu institutunun sahəvi və sahələrarası xüsusiyyətlərinin inkişafına həsr olunub. Məlum olduğu kimi, cinayətlər çoxluğu məsələləri cinayət hüququ elminin və məhkəmə praktikasının ən mürəkkəb problemlərinə aiddir.
Cinayətlər çoxluğu problemi — ilk növbədə cinayət, cinayət tərkibi haqqında təlimin problemidir, belə ki, cəza təyin etməzdən əvvəl cinayəti düzgün, qanuna uyğun şəkildə tövsif etmək, o cümlədən əməlin Cinayət Məcəlləsinin bir və ya bir neçə maddəsi ilə tövsif etmənin lazım gəldiyini həll etmək zəruridir.
Cinayətlər çoxluğu cinayət qanunu ilə nəzərdə tutulmuş bir neçə hüquq pozuntusunun eyni şəxsin davranışında birləşməsindən ibarətdir. Çoxluğa daxil olan hər bir əməl mütləq şəkildə müstəqil cinayət tərkibindən ibarət olmalıdır. Cinayətlər çoxluğunda başlıca olan əməllərin sayı deyil, cinayət tərkiblərinin sayıdır. Bu cinayətlərin tərkibləri cinayətin obyektinə, obyektiv və subyektiv cəhətlərinə görə üst-üstə düşə və ya fərqlənə bilərlər. Lakin çoxluğu təşkil edən cinayətlər bir ümumi elementə malikdir. Bu — cinayətlərin subyektidir.
Cinayətlər çoxluğu dedikdə, şəxsin törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, habelə törədilmiş cinayətlərdən ən azı ikisinə görə cinayət-hüquqi nəticələri istisna edən halların olmadığı halda onun tərəfindən müstəqil cinayət tərkibi əlamətlərinin mövcud olduğu iki və ya daha artıq cinayətin törədilməsi başa düşülür.
Cinayətlər çoxluğunun yaranması üçün cinayətlərin hansı hallarda törədilməsi əhəmiyyət kəsb etmir. Yəni, bu cinayətlər şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinədək, yaxud məhkumluqdan sonra, əvvəlki cinayətə görə cəzanın çəkilməsindən sonra, yaxud cəzanın çəkilməsinədək törədilə bilər.
Cinayətlər çoxluğu cinayətlərin müxtəlif vaxtlarda və ya eyni vaxtda törədilib-törədilməməsindən asılı olmayaraq yaranır. Cinayətlərin müxtəlif vaxtlarda törədilməsi o deməkdir ki, birinci və sonrakı cinayətlər arasında müəyyən zaman kəsiyi olur, yəni bu cinayətlər az da olsa, zamana görə bir-birindən ayrılırlar. Cinayətlərin eyni vaxtda törədilməsi o deməkdir ki, şəxs cəmi bir hərəkət edir, nəticədə isə bir neçə cinayət törədilmiş olur. Bu halda eyni hərəkətlə başlanmış cinayət sanki hissələrə ayrılır, yəni bir hərəkət cinayət hüququ ilə qorunan bir neçə obyektə zərər vurmaqla iki ya daha artıq müxtəlif nəticələrə gətirib çıxarır.
Törədilmiş iki cinayətdən birinə görə cinayət-hüququ nəticələri istisna edən halların olması cinayətlər çoxluğunu istisna edir. Belə hallara müddətin keçməsi; məhkumluğun götürülməsi və ya ödənilməsi; amnistiya və ya əfv etmə haqqında aktların qəbul edilməsi; cinayətlər çoxluğu sturukturuna daxil olan əməllərin cinayətkarlığının və cəzalandırılmasının aradan götürülməsi haqqında qanun verilməsi; şəraitin dəyişməsi və s. aid ola bilər. Sadalanan hallar şəxsin, əvvəllər törədilən cinayət zamanı aşkar olunmuş ictimai təhlükəlilik kimi xassəsini itirməsindən xəbər verir.
Çoxluq anlayışı özü-özlüyündən kənara çıxarıla bilməz və buna görə də müəllif hesab edir ki, onun hüquqi təbiətini tədqiq etmək üçün bu cinayət-hüquq institutunun yerləşdiyi sistemdəki bütün əlaqə və vasitələr müəyyən olunmalıdır. Sistem metodunun tətbiq edilməsi, əvvələn, çoxluq institutunun qarşılıqlı əlaqəli elementlər sistemi kimi, ikincisi isə, həmin institutun daha mürəkkəb sistemin elementi kimi qəbul edilməsini nəzərdə tutur. Birinci halda araşdırma predmeti çoxluğu təşkil edən hüquq normalarının və bu normalar tərəfindən tənzimlənən münasibətlərin öyrənilməsindən ibarətdir. İkinci halda isə, söhbət çoxluğun digər cinayət-hüquq institutları ilə qarşılıqlı əlaqəsinin öyrənilməsindən gedir. Həm də bu zaman istər institut, istərsə də bu instituta daxil olan ayrı-ayrı hüquq normaları səviyyəsində qarşılıqlı əlaqələrdən bəhs edilir.
MÜNDƏRİCAT
PREFACE – 11
I TITLE
LEGAL NATURE AND SYSTEMIC PROPERTIES OF THE MULTIPLICITY OF CRIMES
CHAPTER 1
MULTIPLICITY AS A SPECIAL FORM OF CRIMINAL ACTIVITY – 21
§ 1. Legal nature of crime multiplicity as a kind of criminal behaviour – 21
§ 2. Unified crime as a structural element of crime multiplicity – 40
§ 3. Problems of the multiplicity accounted by the legislator – 55
§ 4. Multiplicity of crimes in judicial practice and in statistical data – 82
CHAPTER 2
MULTIPLICITY IN THE SYSTEM OF INTRA-SECTORAL AND INTER-SECTORAL
LEGAL RELATIONSHIP – 93
§ 1. Multiplicity of crimes in the system of multiplicity of offences – 93
§ 2. Intra-sectoral systemic communications of the legal norms of the institute of multiple crimes – 104
§ 3. Inter-sectoral communications of the legal norms of the institute of multiple crimes – 118
II TITLE
FORMS OF THE CRIME MULTIPLICITY: QUALIFICATION AND IMPOSITION OF PUNISHMENTS
CHAPTER 3
FORMS OF THE MULTIPLICITY OF CRIMES, NOT INVOLVING THE PERPETRATOR’S PREVIOUS CONVICTION – 131
§ 1. Qualifying significance of the repetition of crimes – 131
§ 2. Qualifying significance of cumulative crimes – 155
CHAPTER 4
MULTIPLICITY OF CRIMES, INVOLVING THE PERPETRATOR’S PREVIOUS CONVICTION (RECIDIVISM OF CRIMES) – 187
§ 1. The concept and juridical signs of crime recidivism – 187
§ 2. Types of crime recidivism – 204
CHAPTER 5
IMPOSITION OF PUNISHMENT FOR MULTIPLICITY OF CRIMES – 217
§ 1. The general issues of imposing punishment for multiplicity of crimes – 217
§ 2. Imposition of punishment for multiplicity of crimes, not involving the perpetrator’s previous conviction – 222
§ 3. Imposition of punishment for multiplicity of crimes, involving the perpetrator’s previous conviction (recidivism of crimes) – 239
CONCLUSION – 243
BIBLIOGRAPHY – 249