Агаев И.Б.
Русское Пенитенциарное право.
Monoqrafiya.
Leypsiq: «Leypsiq Universitetinin nəşriyyatı», 2018.
88 səhifə. 8 çap vərəqi.
Penitensiar hüquq cinayət hüququ və cinayət-prosessual hüquqla yanaşı, cinayətkarlıqla mübarizə silsiləsinə daxil olan müstəqil, inkişaf etməkdə olan Rusiya hüquq sahəsidir. O, öz institutlarında və normalarında dövlətin cəzaların icrası sahəsindəki siyasətinin əsas müddəalarını təsbit edir. Cəza-icra hüququnun müstəqilliyini onun özünə məxsus hüquqi tənzimləmə predmetinə və buna müvafiq olan hüquqi tənzimləmə metoduna, habelə cəza-icra siyasətinin həyata keçirilməsinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, əsas forma və vasitələrini təsbit edən xüsusi normalar sisteminə malik olması sübut edir.
Rusiya Penitensiar hüququnun predmetinə aşağıdakılar daxidir: cəzaların icrasının ümumi müddəaları və prinsipləri; cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi; məhkumlara islahetmə vasitələrinin tətbiqi; cəzaların icrası və çəkilməsi qaydaları və şərtləri; cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydası; məhkumların hüquqi vəziyyəti; məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların, ictimai birliklərin və vətəndaşların iştirakı qaydası; məhkumların cəza çəkməkdən azad edilməsi qaydası; cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydası.
Cəzaların icrası və islahetmə vasitələrinin tətbiqi prosesinin hüquqi tənzimlənməsinin əsas metodunu imperativ metod təşkil edir. Bu ondan irəli gəlir ki, cinayət cəzası dövlət məcburiyyətinin ən sərt formasıdır, imperativ metod isə hüquq münasibətləri subyektlərinin qeyri-bərabərliyini nəzərdə tutur və əmr xarakterli hüquqi göstərişlərin tətbiq edilməsinə əsaslanır. Hüquq münasibətlərinin subyektləri yalnız bu qaydaların yol verdiyi hərəkətləri edə bilərlər. Burada münasibətlərə təsirin əsas vasitələri qismində qadağalar, vəzifələr, cəzalar və digər hüquqi məhdudiyyətlər çıxış edir. İmpertiv metod — nəinki cəza-icra, həmçinin cinayət-hüquq və cinayət-prosessual hüquq normalarının tətbiqi zamanı münasibətlərin hüquqi tənzimlənməsinin əsas metodudur.
Xüsusi hüquqi tənzimləmə predmetinin olması normativ bazanın mövcudluğu ilə də əlaqədardır. Bu bir daha nəzərdən keçirilən hüquq sahəsinin müstəqilliyindən xəbər verir. Hüquqi tənzimləmə predmetinin müstəqilliyi, müstəqil normalar sisteminin mövcudluğu cəza-icra hüquq normalarının cəzanın məqsədlərinə nail olmaqda vahid yönümə malik olmasını təsdiq edir. Cəzaların icrası sahəsində normayaratma və hüquqtətbiqetmə fəaliyyətinin əsaslandığı spesifik prinsiplərin və ümumi müddəaların daxili bağlılığı bununla şərtlənir və nəticədə cəzaların icrası və məhkumların islah edilməsi ilə bağlı münasibətlər şəklində predmetə xüsusi təsir göstərilir.
Rusiya penitensiar hüququnun normalar sistemi Rusiya Federasiyası Cəza-İcra Məcəlləsindən və digər normativ-hüquqi aktlardan ibarətdir.
Rusiya penitensiar hüququ Cəza-İcra Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin normalarında konkretləşdirilmiş və təfsilatı ilə göstərilmiş spesifik prinsiplərə malikdir. Beləliklə, Rusiya Federasiyası cəzaların icrası qanunvericiliyi cəza-icra hüququnun aşağıdakı prinsiplərini təsbit edir: qanunçuluq; humanizm; demokratizm; məhkumların qanun qarşısında bərabərliyi; cəzaların icrasının fərdiləşdirilməsi; məcburetmə tədbirlərindən və məhkumların islah edilməsi vasitələrindən məqsədəuyğun istifadə edilməsi və məhkumlarda qanuna itaətin həvəsləndirilməsi. Bu prinsiplər Cəza-İcra Məcəlləsinin Xüsusi hissəsinin tərtibatını və məzmununu müəyyən edir, bu məcəllənin institut və normalarının məzmununa təsir göstərir, müxtəlif növ cəzaların icrasını tənzimləyən digər qanunvericilik aktlarının və qanunqüvvəli normativ-hüquqi aktların yönümünü yaradır, cəzaların icrası praktikasını qanunçuluq, humanizm, vətəndaşların qanun qarşısında bərabərliyi ideyalarının reallaşması istiqamətində təshih edərək həmin praktikaya təsir göstərirlər.
MÜNDƏRİCAT
ВВЕДЕНИЕ – 4
ОБЩАЯ ЧАСТЬ
ГЛАВА 1
ПОНЯТИЕ РУССКОГО ПЕНИТЕНЦИАРНОГО ПРАВА – 9
ГЛАВА 2
УГОЛОВНО‐ИСПОЛНИТЕЛЬНОЕ ЗАКОНОДАТЕЛЬСТВО РОССИЙСКОЙ ФЕДЕРАЦИИ – 15
ГЛАВА 3
ИСПОЛНЕНИЕ НАКАЗАНИЙ И СРЕДСТВА ИСПРАВЛЕНИЯ ОСУЖДЕННЫХ – 20
ГЛАВА 4
ПРАВОВОЕ ПОЛОЖЕНИЕ ОСУЖДЕННЫХ – 24
ГЛАВА 5
УЧРЕЖДЕНИЯ И ОРГАНЫ, ИСПОЛНЯЮЩИЕ НАКАЗАНИЯ, КОНТРОЛЬ ЗА ИХ ДЕЯТЕЛЬНОСТЬЮ – 28
ОСОБЕННАЯ ЧАСТЬ
ГЛАВА 6
ОБЩИЕ ПОЛОЖЕНИЯ ИСПОЛНЕНИЯ ЛИШЕНИЯ СВОБОДЫ – 32
ГЛАВА 7
ПОРЯДОК ИСПОЛНЕНИЯ И ОТБЫВАНИЯ НАКАЗАНИЯ В ПЕНИТЕНЦИАРНЫХ УЧРЕЖДЕНИЯХ – 37
ГЛАВА 8
УСЛОВИЯ ОТБЫВАНИЯ НАКАЗАНИЯ В ПЕНИТЕНЦИАРНЫХ УЧРЕЖДЕНИЯХ – 41
ГЛАВА 9
ВОСПИТАТЕЛЬНАЯ РАБОТА С ОСУЖДЕННЫМИ В ПЕНИТЕНЦИАРНЫХ УЧРЕЖДЕНИЯХ – 48
ГЛАВА 10
ТРУД И ОБРАЗОВАНИЕ ОСУЖДЕННЫХ В ПЕНИТЕНЦИАРНЫХ УЧРЕЖДЕНИЯХ – 52
ГЛАВА 11
ПОРЯДОК И УСЛОВИЯ ИСПОЛНЕНИЯ НАКАЗАНИЯ В ВИДЕ АРЕСТА – 56
ГЛАВА 12
ИСПОЛНЕНИЕ НАКАЗАНИЙ, НЕ СВЯЗАННЫХ С ОБЯЗАТЕЛЬНОЙ ТРУДОВОЙ ДЕЯТЕЛЬНОСТЬЮ ОСУЖДЕННЫХ – 58
ГЛАВА 13
ИСПОЛНЕНИЕ ОБЯЗАТЕЛЬНЫХ И ИСПРАВИТЕЛЬНЫХ РАБОТ – 61
ГЛАВА 14
ИСПОЛНЕНИЕ НАКАЗАНИЯ В ВИДЕ ОГРАНИЧЕНИЯ СВОБОДЫ – 65
ГЛАВА 15
ИСПОЛНЕНИЕ НАКАЗАНИЯ В ВИДЕ ПРИНУДИТЕЛЬНЫХ РАБОТ – 67
ГЛАВА 16
ИСПОЛНЕНИЕ ОГРАНИЧЕНИЯ ПО ВОЕННОЙ СЛУЖБЕ – 70
ГЛАВА 17
ИСПОЛНЕНИЕ СОДЕРЖАНИЯ В ДИСЦИПЛИНАРНОЙ ВОИНСКОЙ ЧАСТИ – 72
ГЛАВА 18
ПОНЯТИЕ И ИСПОЛНЕНИЕ НАКАЗАНИЯ В ВИДЕ СМЕРТНОЙ КАЗНИ – 75
ГЛАВА 19
ОСНОВАНИЯ И ПОРЯДОК ОСВОБОЖДЕНИЯ ОТ ОТБЫВАНИЯ НАКАЗАНИЯ – 77
ГЛАВА 20
СОЦИАЛЬНАЯ АДАПТАЦИЯ ЛИЦ, ОСВОБОЖДАЕМЫХ ОТ ОТБЫВАНИЯ НАКАЗАНИЯ И ОКАЗАНИЕ ИМ ПОМОЩИ – 83
ГЛАВА 21
ОСУЩЕСТВЛЕНИЕ КОНТРОЛЯ ЗА ДОСРОЧНО ОСВОБОЖДЕННЫМИ ОТ ОТБЫВАНИЯ НАКАЗАНИЯ И УСЛОВНО ОСУЖДЕННЫМИ – 85