Агаев И.Б.
Совокупность преступлений: понятие, виды и наказуемость.
Monoqrafiya.
Moskva: «Проспект» nəşriyyatı, 2003.
200 səhifə. 12,5 çap vərəqi.
Cinayətlərin məcmusu onun ayrı-ayrı aspektlərinin kompleks tədqiqatının zəruriliyini, bu mürəkkəb və çoxşaxəli sosial təzahürün əlaqələri və qanunauyğunluqlarını müəyyən edən özəllikləri ilə səciyyələnir.
Cinayət, cəza və cinayət tərkibi haqqında ümumi təlimin ayrılmaz hissəsi olan cinayətlərin məcmusu məsələləri bir neçə cinayət törədildiyi zaman məsuliyyətin əsaslarının və cəzanın hədlərinin müəyyən edilməsi baxımından mühüm praktiki əhəmiyyətə malikdir. Buna görə də, həmin problemin həlli ədliyyə orqanlarına böyük köməklik göstərir, belə ki, bir neçə cinayət törədilməsi cinayətkarın şəxsiyyətinin daha təhlükəli, onun cəmiyyətə zidd yönümünün isə, daha dayanıqlı olmasından xəbər verir.
Bu problemin aktuallığı müəyyən mənada Azərbaycan Respublikasının və Rusiya Federasiyasının cinayət qanunvericiliklərində cinayətlərin məcmusu institutunun yeni qanunvericilik təsbiti ilə də şərtləşir. Müəllifin sözlərinə görə, sözügedən dövlətlərin əvvəlki cinayət qanunvericiliklərində cinayətlər məcmusu anlayışı müəyyən edilməmişdi və yalnız bir neçə cinayətin törədilməsinə görə cəza təyin edilməsi qaydası tənzimlənmişdi, halbuki məhkəmə praktikasında cinayətlərin məcmusuna tez-tez rast gəlinir və məhkəmələr cəza məsələsini həll etməklə yanaşı, məcmunun tövsifi, onun konkret cinayətlərdən, cinayətlər çöxluğunun digər növlərindən fərqləndirilməsi məsələlərini də həll etməli olurlar.
Müəllif hesab edir ki, qanunvericilik səviyyəsində məcmunun və onun növlərinin anlayışının meydana gəlməsi qanunvericinin sözügedən məsələyə münasibətini daha dəqiq aşkar etməyə imkan verir ki, bu da yeni qanunun tətbiqi praktikasının ümumiləşdiriləsi ilə birlikdə qanunun təkmilləşdirilməsi üçün yaxşı zəmin yaratmış olur.
Daha sonra belə bir müddəa əsaslandırılır ki, yeni cinayət məcəllərində cinayətlərin məcmusunun izahı mükəmməl deyildir. Müəllifin fikrincə, həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının cinayət məcəlləsində ictimai təhlükəli əməllərin tövsifi və cinayətlərin məcmusuna görə cəza təyin edilməsi ilə bağlı bir çox həll olunmamış məsələlər mövcuddur və bunu qanunun tətbiqi praktikasındakı çatışmamazlıqlar sübut edir.
Monoqrafiya cinayət hüququ sahəsi üzrə mütəxəssislər, «Hüquqşünaslıq» ixtisası üzrə təhsil alan ali məktəb tələbələri, vəkillər, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur.
MÜNDƏRİCAT
ВВЕДЕНИЕ – 3
ГЛАВА 1
ПОНЯТИЕ И СОДЕРЖАНИЕ СОВОКУПНОСТИ ПРЕСТУПЛЕНИЙ – 5
§ 1. Исторический очерк развития совокупности преступлений в уголовном праве – 5
§ 2. Понятие совокупности преступлений – 11
§ 3. Обстоятельства, исключающие совокупность преступлений – 20
ГЛАВА 2
СОВОКУПНОСТЬ ПРЕСТУПЛЕНИЙ — ФОРМА МНОЖЕСТВЕННОСТИ ПРЕСТУПЛЕНИЙ – 27
§ 1. Понятие и юридическая сущность множественности преступлений – 27
§ 2. Место совокупности преступлений в системе форм множественности преступлений – 38
§ 3. Разнородность — важнейший признак совокупности преступлений – 75
§ 4. Вопрос о видах совокупности преступлений в теории уголовного права – 80
ГЛАВА 3
РЕАЛЬНАЯ СОВОКУПНОСТЬ ПРЕСТУПЛЕНИЙ – 87
§ 1. Понятие реальной совокупности – 87
§ 2. Юридические признаки реальной совокупности – 89
§ 3. Особенности квалификации предварительной преступной деятельности и соучастия при реальной совокупности преступлений – 98
§ 4. Виды реальной совокупности преступлений – 102
ГЛАВА 4
ИДЕАЛЬНАЯ СОВОКУПНОСТЬ ПРЕСТУПЛЕНИЙ – 109
§ 1. Понятие и социальная природа идеальной совокупности – 109
§ 2. Отграничение идеальной совокупности от единичных преступлений – 116
§ 3. Юридические признаки идеальной совокупности – 144
§ 4. Виды идеальной совокупности преступлений – 147
ГЛАВА 5
КОНКУРЕНЦИЯ УГОЛОВНО-ПРАВОВЫХ НОРМ – 151
§ 1. Понятие конкуренции уголовно-правовых норм – 151
§ 2. Виды конкуренции уголовно-правовых норм – 156
ГЛАВА 6
НАЗНАЧЕНИЕ НАКАЗАНИЯ ПРИ СОВОКУПНОСТИ ПРЕСТУПЛЕНИЙ – 161
§ 1. Применение общих начал назначения наказания при совокупности преступлений – 161
§ 2. Обстоятельства, учитываемые судом при назначении наказания при совокупности преступлений – 166
§ 3. Специальные правила, предусмотренные при назначении наказания при совокупности преступлений – 173
§ 4. Правила назначения наказания по совокупности приговоров – 193