Аğayev İ.B.
Cinayət hüququ. Xüsusi hissə.
Dərslik.
Bakı: «Nurlar» nəşriyyatı, 2018.
488 səhifə. 31 çap vərəqi.
Cinayət hüququnun Xüsusi hissəsi ictimai təhlükəli davranışın (cinayətkar davranışın) qadağan olunmuş formalarının əlamətlərini və qadağalar pozulduqda, cəzanı müəyyən edən hüquqi göstərişlərin tərkib hissəsidir (sistemidir). Ümumi xarakterə malik olan və bütövlükdə fəaliyyət göstərən, bəzən isə cinayət-hüquq normalarının bütün məcmusuna aid olan normalardan (məsələn, cinayət hüququnun prinsipləri) fərqli olaraq, Xüsusi hissənin normaları dövlət tərəfindən cinayət hesab olunan əməllərin törədilməsini qadağan edir. Beləliklə, Xüsusi hissəyə, cinayət hesab edilən əməllərin sosial-hüquqi əlamətlərini və onların törədilməsinə görə cəzaların konkret növünü və həcmini müəyyən edən cinayət-hüquq normalarının məcmusu, cinayət hüququnun hissəsi kimi baxmaq olar. Cinayət hüququnun Ümumi və Xüsusi hissələrinin vəhdəti və qarşılıqlı əlaqəsi şəxsiyyətin, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunması, habelə Cinayət Məcəlləsinin profilaktik funksiyasının təmin edilməsi vəzifələrini reallaşdırmağa imkan verir.
Ümumi hissə normalarının bütövlükdə cinayət hüququna aid müddəaların müəyyən edilməsinə və izah olunmasına yönləndiyi halda Xüsusi hissənin normaları qadağarı müəyyən edərək, onların reallaşmasını tələb edir. Yalnız cinayət hüququnun hər iki hissəsinin normalarının məcmusu, onların qarşılıqlı bağlılığının və bütün hüquqi aspektlərinin uyğunluğu düzgün tövsifi mümkün edir.
Azərbaycan Respublikası cinayət qanunvericiliyinin islahatı prosesində Cinayət Məcəlləsinin Ümumi hissəsi ilə yanaşı, Xüsusi hissəsi də əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Xüsusi hissə normalarının dəyişiklikləri sosial əhəmiyyət kəsb edən siyasi, iqtisadi, ideoloji, mənəvi-əxlaqi və s. dəyər, maraq və sərvətlərin son illərdəki transformasiyası ilə bağlı olmuşdur. İslahatlar ilk növbədə bir sıra əməllərin kriminallaşdırılmasına və dekriminallaşdırılmasına toxunmuşdur. Cinayət hüququnun Xüsusi hissəsi dəyərlərə yeni yanaşmaları əks etdirir. Xüsusilə də, cinayət-hüquqi mühafizənin prioritetləri aşağıdakı qaydada müəyyən edilmişdir: sülhün, insanlığın, şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyi.
Cinayət hüququnun Xüsusi hissəsinin əhəmiyyəti son dərəcədə böyükdür. Bu, cinayət hüququnun Xüsusi hissəsinin normalarının aşağıdakıları yerinə yetirməsi ilə şərtləşir: ən mühüm sosial əhəmiyyətli dəyər, maraq və sərvətlərin mühafizəsini təmin etmək; qanunçuluq prinsipini əyani surətdə həyata keçirmək; dövlətin cinayət-hüquq siyasətinin reallaşmasını təmin etmək; konkret cinayət növlərinin təsvirini əks etmək (bu, ictimai təhlükəli əməlləri tövsif etməyə imkan yaradır; ictimai təhlükəlilik xarakteri və dərəcəsindən asılı olaraq, cinayət tərkiblərinin təsnifatını təmin etmək.
Beləliklə, cinayət hüququnun Xüsusi hissəsinin əhəmiyyəti ondan ibarətdir ki, şəxs tərəfindən cinayət qaydasında cəzalanmalı olan əməlin törədilib-törədilməməsi və onun məhz hansı cinayət tərkibinin əlamətlərinə malik olması yalnız sözügedən hissənin normaları ilə müəyyən edilir.
Cinayət hüququnun Xüsusi hissəsinin sistemi müəyyən olunmuş şəkildə qruplaşdırılmış normalardan ibarətdir. Bu normaların əsasında cinayətlərin cinsi və növ obyektlərinin əlamətləri durur. Təqdim olunan dərslikdə cinayət hüququnun Xüsusi hissəsinin sisteminin şərhinin əsasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sistemi təşkil edir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sisteminin qurulmasının əsas vəzifəsi isə təqsirkarın əməlinin düzgün tövsif edilməsində hüquqmühafizə orqanlarının imkanlarını maksimum dərəcədə yüngülləşdirməkdən, səhvlərin qarşısını almaqdan ibarətdir.
MÜNDƏRİCAT
MÜƏLLİFDƏN – 15
I BÖLMƏ
CİNAYƏT HÜQUQUNUN XÜSUSİ HİSSƏSİNİN ANLAYIŞI VƏ ƏHƏMİYYƏTİ
FƏSİL 1
CİNAYƏT HÜQUQUNUN XÜSUSİ HİSSƏSİ, ONUN SİSTEMİ – 19
§ 1. Cinayət hüququnun Xüsusi hissəsinin mahiyyəti və əhəmiyyəti- 19
§ 2. Cinayət hüququnun Xüsusi hissəsinin sistemi- 22
FƏSİL 2
CİNAYƏTLƏRİN TÖVSİFİNİN ƏSASLARI – 25
§ 1. Cinayətlərin tövsifinin anlayışı – 25
§ 2. Cinayətlərin tövsifi zamanı cinayət tərkibinin tətbiq edilməsi – 33
II BÖLMƏ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
FƏSİL 3
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR – 47
§ 1. Sülh və insanlıq əleyhinə cinayətlərin ümumi xarakteristikası – 47
§ 2. Sülhə və dövlətlərin dinc yanaşı yaşamasına qəsd edən cinayətlər – 50
§ 3. İnsanlığın təhlükəsizliyinə qəsd edən cinayətlər – 58
§ 4. Müharibə cinayətləri – 66
III BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
FƏSİL 4
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR – 77
§ 1. Həyat və sağlamlıq əleyhinə cinayətlərin anlayışı və növləri – 77
§ 2. İnsan həyatına qəsd edən cinayətlər – 79
§ 3. İnsan sağlamlığına qəsd edən cinayətlər – 95
§ 4. İnsan həyatı və sağlamlığını təhlükə qarşısında qoyan cinayətlər – 101
FƏSİL 5
ŞƏXSİYYƏTİN AZADLIĞI, ŞƏRƏF VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ CİNAYƏTLƏR – 112
§ 1. Şəxsiyyətin azadlığına qəsd edən cinayətlər – 113
§ 2. Şəxsiyyətin şərəf və ləyaqətinə qəsd edən cinayətlər – 124
FƏSİL 6
ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ CİNAYƏTLƏR – 129
§ 1. Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərin anlayışı – 129
§ 2. Yetkinlik yaşına çatmış şəxsin cinsi azadlığına və cinsi toxunulmazlığına qəsd edən cinayətlər – 130
§ 3. Azyaşlıların və yetkinlik yaşına çatmayanların mənəvi və fiziki sağlamlığına, onların cinsi azadlığına və cinsi toxunulmazlığına qəsd edən – 134
FƏSİL 7
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 138
§ 1. İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqlarına qəsd edən cinayətlərin ümumi xarakteristikası – 138
§ 2. Siyasi hüquq və azadlıqlara qəsd edən cinayətlər – 140
§ 3. Sosial-iqtisadi hüquq və azadlıqlara qəsd edən cinayətlər – 147
§ 4. Şəxsi hüquq və azadlıqlara qəsd edən cinayətlər – 155
FƏSİL 8
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 161
§ 1. Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlərin anlayışı – 161
§ 2. Yetkinlik yaşına çatmayanları cəmiyyətə zidd fəaliyyətə sövq edən cinayətlər – 163
§ 3. Yetkinlik yaşına çatmayana və ya bütövlükdə ailənin mənafelərinə zərər vurma ilə bağlı olan cinayətlər – 169
IV BÖLMƏ
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
FƏSİL 9
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 175
§ 1. Mülkiyyət əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 175
§ 2. Özgənin əmlakını talama – 177
§ 3. Talama əlamətləri olmayan tamah cinayətləri – 188
§ 4. Mülkiyyətə tamah niyyəti olmadan qəsd edən cinayətlər – 193
FƏSİL 10
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR – 196
§ 1. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərin ümumi xarakteristikası – 196
§ 2. Qanuni sahibkarlıq fəaliyyətinə qəsd edən cinayətlər – 199
§ 3. İqtisadi fəaliyyət sahəsində dövlət inhisarına qəsd edən cinayətlər – 230
§ 4. Gömrük və vergi cinayətləri – 240
V BÖLMƏ
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
FƏSİL 11
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 247
§ 1. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlərin ümumi xarakteristikası və növləri – 247
§ 2. Ümumi təhlükəsizliyə qəsd edən cinayətlər – 250
§ 3. Xüsusi təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar olan cinayətlər – 265
§ 4. Ümumi təhlükəli predmetlərlə rəftar qaydalarının pozulması ilə əlaqədar olan cinayətlər – 268
§ 5. İctimai təhlükəsizliyə qəsd edən digər cinayətlər – 276
FƏSİL 12
ƏHALİNİN SAĞLAMLIĞI VƏ İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 284
§ 1. Əhalinin sağlamlığı və ictimai mənəviyyat əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 284
§ 2. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər – 285
§ 3. İctimai mənəviyyata qəsd edən cinayətlər – 296
FƏSİL 13
EKOLOJİ CİNAYƏTLƏR – 302
§ 1. Ekoloji cinayətlərin ümumi xarakteristikası – 302
§ 2. Ümumi xarakterli ekoloji cinayətlər – 304
§ 3. Ətraf mühitin əsas obyektlərinə qəsd edən cinayətlər – 307
§ 4. Fauna və floraya qəsd edən cinayətlər – 314
FƏSİL 14
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYATIN İSTİSMARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 321
§ 1. Hərəkət təhlükəsizliyi və nəqliyyatın istismarı əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 321
§ 2. Hərəkət təhlükəsizliyinə və nəqliyyatın istismarına qəsd edən cinayətlər – 324
§ 3. Nəqliyyatın fəaliyyəti sferasında olan digər cinayətlər – 330
FƏSİL 15
KİBERCİNAYƏTLƏR – 338
§ 1. Kibercinayətlərin ümumi xarakteristikası – 338
§ 2. Kibercinayətlərin növləri və xüsusiyyətləri – 341
VI BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
FƏSİL 16
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 351
§ 1. Dövlətin konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə qəsd edən cinayətlərin anlayışı – 351
§ 2. Dövlətin xarici təhlükəsizliyinə qəsd edən cinayətlər – 354
§ 3. Dövlətin konstitusiya quruluşunun əsaslarına və müdafiə qabiliyyətinə qəsd edən cinayətlər – 359
FƏSİL 17
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 368
§ 1. Ədalət mühakiməsi əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 368
§ 2. Ədalət mühakiməsinin və ibtidai istintaqın həyata keçirilməsinə müdaxilə etmə – 373
§ 3. Ədalət mühakiməsini və ibtidai istintaqı həyata keçirən şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya həmin səlahiyyətləri aşma – 378
§ 4. Məhkəmələrin və ibtidai istintaq orqanlarının normal fəaliyyətinə qəsd etmə – 388
FƏSİL 18
KORRUPSİYA CİNAYƏTLƏRİ VƏ QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN DİGƏR CİNAYƏTLƏR – 400
§ 1. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi xarakteristikası – 400
§ 2. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və buna oxşar tərkiblərlə bağlı olan cinayətlər – 404
§ 3. Rüşvətxorluqla bağlı olan cinayətlər – 418
FƏSİL 19
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 427
§ 1. İdarəetmə qaydası əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 427
§ 2. Hakimiyyət və idarəetmə nümayəndələrinə qəsd edən cinayətlər – 429
§ 3. İdarəetmə sferasının normal fəaliyyətinə qəsd edən cinayətlər – 432
§ 4. Azərbaycan Respublikasının suveren hüquqlarına və atributlarına qəsd edən cinayətlər – 441
VII BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
FƏSİL 20
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 447
§ 1. Hərbi xidmət əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 447
§ 2. Tabelik qaydası və hərbi intizamın ümumi tələbləri əleyhinə olan cinayətlər – 450
§ 3. Hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər – 458
§ 4. Hərbi xidmətin xüsusi vəzifələri əleyhinə olan cinayətlər – 463
§ 5. Hərbi əmlakin istifadəsi və qorunmasi əleyhinə olan cinayətlər – 469
§ 6. Hərbi-texniki vasitələrin istismari qaydalarina qəsd edən cinayətlər – 472
MÜƏLLİFİN TÖVSİYƏ ETDİYİ ƏDƏBİYYAT – 475