Аğayev İ.B.
Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumi və Xüsusi hissələr.
Dərslik.
Bakı: «Nurlar» nəşriyyatı, 2010.
832 səhifə. 68 çap vərəqi.
Bütün hüquq profilli ali təhsil müəssisələrində Cinayət hüququ əsas tədris fənnləri sırasına aid edilir. Onun təyinatı — tədqiqatçılara hər hansı bir əməl törətmiş şəxsin nəyə görə və necə cəzalandırılması barədə məlumat verilməsindən ibarətdir. Başqa sözlə desək, burada qanunun keşiyində olan orqanların fəaliyyətinin mühüm istiqamətindən, onun hüdudlarından və qaydalarından bəhs edilir.
Tədris fənni (dərk etmə obyekti) olaraq, Cinayət hüququ peşəkar hüquqşünasların hazırlanmasına istiqamətlənmişdir ki, onların da əsas funksiyası qanunun əsaslı şəkildə və vaxtlı-vaxtında tətbiq edilməsindən ibarətdir. Belə olmadığı halda cinayətkarlıqla mübarizə öz dinamikliyini itirə bilər.
Cinayət hüququ fənninin 3 əsas məqsədi vardır: ümumtəhsil, hüquqşünaslıq və praktiki. Bu kursun ümumtəhsil əhəmiyyəti tələbələrin — gələcək hüquqşünasların ümum-ixtisas və ümum-mədəniyyət səviyyəsinin artırılması zərurəti ilə əlaqədardır. Kursun hüquqşünaslıq məqsədi dedikdə, Cinayət hüququnun predmeti, metodu, sistemi, vəzifələri və prinsipləri; cinayət qanunu; cinayətin anlayışı və növləri; cinayət tərkibi və onun elementləri; cinayət məsuliyyəti; cinayətin edilmə mərhələləri və onda iştirakçılıq; cinayətlər çoxluğu və onun formaları; əməlin cinayət olmasını aradan qaldıran hallar; cəzanın məqsədləri və növləri, onun təyin edilməsi və ondan azad etmə; yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti; tibbi xarakterli məcburi tədbirlər; cinayətlərin tövsifinin əsasları; konkret cinayətlərin tövsif edilməsi qaydası barədə nəzəri biliklərin dərinləşdirilməsi məqsədi başa düşülür. Kursun praktiki rolu cinayət-hüquq institutlarının və cinayət-hüquqi tənzimləmə metodlarının, onların pozitiv və neqativ cəhələrinin tədqiq edilməsi ilə əlaqədardır ki, bu cəhətlər də müxtəlif şəraitlərdə müxtəlif cür dəyişə bilər: pozitiv cəhətlər neqativ nəticələrə səbəb ola bilər və əksinə. Cinayət hüququ nəzəriyyəsinin və praktikasının dərindən mənimsənilməsi Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin təkmilləşdirilməsi prosesində öz bəhrəsini verə bilər.
Oxucuya təqdim edilən kitab — Cinayət hüququ üzrə azərbaycan dilində dərc edilmiş kitabların içərisində ən əhatəlisi və həcmlisidir (genişidir). O, Cinayət hüququnun Ümumi və Xüsusi hissələrinə dair məsələlərin ardıcıl və sistemli izahını özündə əks etdirərək, qüvvədə olan cinayət qanunvericiliyinə və məhkəmə praktikasına əsaslanır. Bu kitab yazılarkən, Cinayət hüququ mütəxəssislərinin yüzlərlə, bəlkə də minlərlə nəşr edilmiş işləri nəzərə alınmışdır. Sözügedən kitab ilk növbədə Cinayət hüququnu tədqiq edənlər və bu sahənin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Lakin ondan hüquqşünasların, siyasətçilərin geniş dairəsi və cinayətə qarşı mübarizə problemləri ilə maraqlanan istənilən başqa şəxslər də faydalana bilər.
Sözügedən dərslıyin «tikinti materialını» hüquqi göstərişlərə, onların tətbiqi praktikasına, doktrinal tədqiqatlar nəticəsində yaranmış və geniş şəkildə qəbul edilmiş müddəalara dair məlumatlar təşkil edir. Müəllif Cinayət hüququnu tədqiq edənlərin görüş dairəsinin keyfiyyətli və əsaslı surətdə yoxlanılmış materiallarla, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasından, beynəlxalq sənədlərdən, qüvvədə olan cinayət qanunvericiliyindən və digər qanunvericilikdən, məhkəmə qərarlarından və qanunqüvvəli aktlardan əxz edilmiş normativ aktlarla zənginləşdirilməsinə səy göstərmişdir.
Dərsliyin materialı 16 bölmədə təqdim edilmişdir. Hər bir bölmə — Cinayət hüququnun blokudur və onun mahiyyətini müstəqil hüquq sahəsi kimi əks etdirir.
Birinci bölmə Azərbaycan Respublikasının cinayət-hüquq siyasətinin anlaşılma aparatına, metodlarına, mənbələrinə və konstitusiya əsaslarına aid edilir. Belə ki, Cinayət hüququnu tədqiq edənlər üçün bu sahənin, təməli hüquq doktrinası və Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyulmuş konseptual əsaslarını başa düşmək çox əhəmiyyətlidir.
Kitabın ikinci bölməsi Cinayət hüququnun ən vacib, hakim institutuna — cinayət tərkibinə həsr edilmişdir. Onun mahiyyətini dərindən anlamadan Cinayət hüququnu mənimsəmək mümkün deyil. Cinayət tərkibinin tədqiq edilməsinin qanunçuluğa ciddi əməl olunması baxımından da böyük əhəmiyyəti vardır.
Üçüncü bölmə cinayətin edilmə mərhələlərinin və onda iştirakçılığın, dördüncü — cinayətlər çoxluğunun, beşinci — əməlin cinayət olmasını aradan qaldıran halların, altıncı — cəzanın və onun təyin edilməsinin, yeddinci — cinayət məsuliyyətindən və cəzadan azadetmənin, səkkizinci — yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin, doqquzuncu — tibbi xarakterli məcburi tədbirlərin xüsusiyyətlərini müəyyən edir.
Onuncu bölmə Cinayət hüququnun Xüsusi hissəsinin anlayışına həsr edilmişdir. Burada dövlətin cinayət-hüquq siyasətinin mühüm istiqaməti olan və cəmiyyətin sosial, iqtisadi, hüquqi, informasiya strukturu və imkanları ilə sıx bağlı olan cinayətlərin tövsifi məsələləri təhlil olunur.
Kitabın 11—16 bölmələri hazırlanarkən, oxuculara sadə və anlaşılan formada konkret cinayətlərin tövsif edilməsi qaydası barədə nəzəri biliklərin çatdırılması məqsədi güdülmüşdür.
Əsər müəllifin 2000—2010-cu illərdə Bakı Dövlət Universitetinin «Hüquq» və «Beynəlxalq hüquq və beynəlxalq münasibətlər» fakültələrində oxuduğu mühazirə mətnlərinin əsasında hazırlanmışdır. Kitabın materialları cinayət-hüquqi problemlərin tədqiqatının elmi-pedaqoji və praktiki təcrübəsinə əsaslanır. Burada cinayət-hüquqi tənzimlənmə ilə bağlı müxtəlif qanunvericilik sahələrinin normalarının inkişafının nəticələrini ümumiləşdirmək vəzifəsi qoyulmuşdur ki, bu da onlardan gələcəkdə hüquqtətbiqetmə praktikasında istifadə edilməsi məqsədini daşıyır. Aparılmış təhlilin əsas məqsədlərindən biri Cinayət hüququ məsələlərin yeni sosial-hüquqi kontekstdə işlənilməsidir.
Müəllif ümidvardır ki, sözügedən əsər diqqətli oxucu üçün maraqlı olduğu qədər də, faydalı olacaq.
MÜNDƏRİCAT
ÖN SÖZ – 3
ÜMUMİ HİSSƏ
I BÖLMƏ
CİNAYƏT HÜQUQUNUN ANLAYIŞI
I FƏSİL
CİNAYƏT HÜQUQU: MAHİYYƏTİ, VƏZİFƏLƏRİ, PRİNSİPLƏRİ 7
§ 1. Cinayət hüququnun mahiyyəti – 7
§ 2. Cinayət hüququnun vəzifələri və funksiyaları – 12
§ 3. Cinayət hüququnun prinsipləri – 15
II FƏSİL
CİNAYƏT QANUNU – 21
§ 1. Cinayət qanununun anlayışı – 21
§ 2. Cinayət qanununun quruluşu – 24
§ 3. Cinayət qanununun zamana görə qüvvəsi. Cinayət qanununun geriyə qüvvəsi – 28
§ 4. Cinayət qanununun məkana görə qüvvəsi. Cinayət törətmiş şəxslərin verilməsi – 30
III FƏSİL
CİNAYƏTİN ANLAYIŞI – 33
§ 1. Cinayətin mahiyyəti – 33
§ 2. Cinayətin əlamətləri -36
§ 3. Cinayətlərin kateqoriyaları – 39
II BÖLMƏ
CİNAYƏT TƏRKİBİ
IV FƏSİL
CİNAYƏT TƏRKİBİNİN ANLAYIŞI VƏ NÖVLƏRİ – 43
§ 1. Cinayət tərkibinin ümumi anlayışı – 43
§ 2. Cinayət tərkibinin əlamətləri – 46
§ 3. Cinayət tərkiblərinin təsnifatı – 50
§ 4. Cinayət tərkibi cinayət məsuliyyətinin vahid əsası kimi – 55
V FƏSİL
CİNAYƏTİN OBYEKTİ – 63
§ 1. Cinayətin obyekti anlayışı – 63
§ 2. Cinayətin obyektlərinin təsnifatı – 66
§ 3. Cinayətin predmeti və zərərçəkmiş şəxs – 72
§ 4. Cinayətin obyektinin əhəmiyyəti – 76
VI FƏSİL
CİNAYƏTİN OBYEKTİV CƏHƏTİ – 79
§ 1. Cinayətin obyektiv cəhətinin anlayışı – 79
§ 2. İctimai təhlükəli əməl – 83
§ 3. İctimai təhlükəli nəticələr – 89
§ 4. İctimai təhlükəli əməl və ictimai təhlükəli nəticələr arasında səbəbil əlaqə – 95
§ 5. Cinayətin obyektiv cəhətinin fakultativ əlamətləri – 100
§ 6. Cinayətin obyektiv cəhətinin əhəmiyyəti – 105
VII FƏSİL
CİNAYƏTİN SUBYEKTİV CƏHƏTİ – 108
§ 1. Cinayətin subyektiv cəhətinin anlayışı və əhəmiyyəti – 108
§ 2. Təqsir anlayışı – 111
§ 3. Təqsirin forması – 116
§ 4. Qəsd və onun növləri – 119
§ 5. Ehtiyatsızlıq və onun növləri – 126
§ 6. Təqsirin iki formasında törədilən cinayətlər – 132
§ 7. Təqsirsiz zərər vurma – 134
§ 8. Cinayətin motiv və məqsədi – 137
§ 9. Cinayətin subyektinin emosional vəziyyəti – 142
§ 10. Səhv və onun növləri – 144
VIII FƏSİL
CİNAYƏTİN SUBYEKTİ – 152
§ 1. Cinayətin subyekti anlayışı – 152
§ 2. Cinayətin subyektinin yaş meyarı – 156
§ 3. Anlaqlılıq – 161
§ 4. Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxslərin cinayət məsuliyyəti – 164
§ 5. Anlaqsızlıq – 168
§ 6. Sərxoşluğun cinayət məsuliyyətinə təsiri – 174
§ 7. Cinayətin xüsusi subyekti – 179
§ 8. Cinayətin subyekti və cinayətkarın şəxsiyyəti – 184
III BÖLMƏ
CİNAYƏTİN EDİLMƏ MƏRHƏLƏLƏRİ. CİNAYƏTDƏ İŞTİRAKÇILIQ
IX FƏSİL
CİNAYƏTİN EDİLMƏ MƏRHƏLƏLƏRİ – 188
§ 1. Cinayətə hazırlıq – 189
§ 2. Cinayət etməyə cəhd – 191
§ 3. Başa çatmış cinayət – 194
§ 4. Cinayət törətməkdən könüllü imtina etmə – 195
X FƏSİL
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ – 198
§ 1. Cinayətdə iştirakçılığın anlayışı və əlamətləri – 198
§ 2. Cinayətdə iştirakçılığın formaları – 201
§ 3. Cinayətin iştirakçılarının növləri – 204
§ 4. Cinayətin iştirakçılarının məsuliyyəti – 208
IV BÖLMƏ
CİNAYƏTLƏR ÇOXLUĞU
XI FƏSİL
CİNAYƏTLƏR ÇOXLUĞUNUN ANLAYIŞI – 212
§ 1. Konkret cinayətlər – 213
§ 2. Cinayətlər çoxluğunun mahiyyəti və hüquqi əlamətləri – 217
XII FƏSİL
CİNAYƏTLƏRİN TƏKRAR TÖRƏDİLMƏSİ (TƏKRARLIQ) – 221
§ 1. Cinayətlərin təkrar törədilməsi anlayışı və əlamətləri – 221
§ 2. Sadə təkrarlıq – 225
§ 3. Cinayətkar peşə – 227
XIII FƏSİL
CİNAYƏTLƏRİN MƏCMUSU – 231
§ 1. Cinayətlərin məcmusu anlayışı və əlamətləri – 231
§ 2. Cinayətlərin real məcmusu – 234
§ 3. Cinayətlərin ideal məcmusu – 235
§ 4. Cinayət-hüquq normalarının rəqabəti – 237
XIV FƏSİL
CİNAYƏTLƏRİN RESİDİVİ – 242
§ 1. Cinayətlərin residivi anlayışı və əlamətləri – 242
§ 2. Cinayətlərin residivinin növləri – 246
V BÖLMƏ
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
XV FƏSİL
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLARIN ANLAYIŞI VƏ NÖVLƏRİ – 252
§ 1. Zəruri müdafiə – 253
§ 2. Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması – 256
§ 3. Son zərurət – 260
§ 4. Əsaslı risq – 263
§ 5. Əmrin və ya sərəncamın yerinə yetirilməsi – 265
VI BÖLMƏ
CƏZA VƏ ONUN TƏYİN EDİLMƏSİ
XVI FƏSİL
CƏZANIN ANLAYIŞI VƏ SİSTEMİ – 267
§ 1. Cəzanın anlayışı və məqsədləri – 268
§ 2. Cəzaların sistemi anlayışı – 273
§ 3. Cərimə – 277
§ 4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə – 279
§ 5. İctimai işlər – 282
§ 6. İslah işləri – 285
§ 7. Azadlığın məhdudlaşdırılması – 288
§ 8. Azadlıqdan məhrumetmə – 292
§ 9. Yalnız əlavə cəza kimi tətbiq edilən cəzalar – 296
§ 10. Hərbi qulluqçulara tətbiq edilən cəzalar – 300
XVII FƏSİL
CƏZANIN TƏYİN EDİLMƏSİ – 303
§ 1. Cəzanın təyin edilməsinin ümumi əsasları – 303
§ 2. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi – 309
§ 3. İlkin və birgə cinayətkar fəaliyyətə görə cəza təyin edilməsi – 316
§ 4. Təqsirkarın əvvəlki məhkumluğu ilə əlaqədar olmayan cinayətlər çoxluğu zamanı cəza təyin edilməsi – 318
§ 5. Cinayətlərin residivinə görə cəza təyin edilməsi – 325
VII BÖLMƏ
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
XVIII FƏSİL
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ – 328
§ 1. Cinayət məsuliyyətindən azadetmənin anlayışı və əsasları – 328
§ 2. Fəaliyyətli peşmanlıqla bağlı cinayət məsuliyyətindən azadetmə – 330
§ 3. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azadetmə – 334
§ 4. Şəratin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə – 336
§ 5. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə – 338
XIX FƏSİL
CƏZADAN AZAD ETMƏ – 340
§ 1. Cəzadan azadetmənin anlayışı və əsasları – 340
§ 2. Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə – 344
§ 3. Xəstəliyə görə cəzadan azadetmə – 348
§ 4. Hamilə və ya azyaşlı uşaqları olan məhkum qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən məhkum kişilər barəsində cəzanın çəkilməsinin təxirə salınması – 352
§ 5. İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azadetmə – 355
§ 6. Şərti məhkumetmə – 356
XX FƏSİL
AMNİSTİYA. ƏFVETMƏ. MƏHKUMLUQ – 362
§ 1. Amnistiya – 363
§ 2. Əfvetmə – 365
§ 3. Məhkumluq – 369
VIII BÖLMƏ
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
XXI FƏSİL
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ – 373
§ 1. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti və cəzası – 374
§ 2. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi – 377
IX BÖLMƏ
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
XXII FƏSİL
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏRİN ƏSASLARI VƏ NÖVLƏRİ – 382
§ 1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları və təsnifatı – 384
§ 2. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri – 387
XÜSUSİ HİSSƏ
X BÖLMƏ
CİNAYƏT HÜQUQUNUN XÜSUSİ HİSSƏSİNİN ANLAYIŞI
XXIII FƏSİL
CİNAYƏT HÜQUQUNUN XÜSUSİ HİSSƏSİ, ONUN SİSTEMİ – 392
§ 1. Cinayət hüququnun Xüsusi hissəsinin mahiyyəti və əhəmiyyəti – 392
§ 2. Cinayət hüququnun Xüsusi hissəsinin sistemi – 395
XXIV FƏSİL
CİNAYƏTLƏRİN TÖVSİFİNİN ƏSASLARI – 397
§ 1. Cinayətlərin tövsifinin anlayışı – 397
§ 2. Cinayətlərin tövsifi zamanı cinayət tərkibinin tətbiq edilməsi – 404
XI BÖLMƏ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
XXV FƏSİL
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR – 417
§ 1. Sülh və insanlıq əleyhinə cinayətlərin ümumi xarakteristikası – 417
§ 2. Sülhə və dövlətlərin dinc yanaşı yaşamasına qəsd edən cinayətlər – 419
§ 3. İnsanlığın təhlükəsizliyinə qəsd edən cinayətlər – 426
§ 4. Müharibə cinayətləri – 433
XII BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
XXVI FƏSİL
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 442
§ 1. İnsan həyatına qəsd edən cinayətlər – 444
§ 2. İnsan sağlamlığına qəsd edən cinayətlər – 458
§ 3. İnsan həyatı və sağlamlığını təhlükə qarşısıda qoyan cinayətlər – 464
XXVII FƏSİL
ŞƏXSİYYƏTİN AZADLIĞI, ŞƏRƏF VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 473
§ 1. Şəxsiyyətin azadlığına qəsd edən cinayətlər – 474
§ 2. Şəxsiyyətin şərəf və ləyaqətinə qəsd edən cinayətlər – 483
XXVIII FƏSİL
ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR – 486
§1. Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərin anlayışı – 486
§ 2. Yetkinlik yaşına çatmış şəxsin cinsi azadlığına və cinsi toxunulmazlığına qəsd edən cinayətlər – 487
§ 3. Azyaşlıların və yetkinlik yaşına çatmayanların mənəvi və fiziki sağlamlığına, onların cinsi azadlığına və cinsi toxunulmazlığına qəsd edən cinayətlər – 491
XXIX FƏSİL
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 494
§ 1. İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqlarına qəsd edən cinayətlərin ümumi xarakteristikası – 494
§ 2. Siyasi hüquq və azadlıqlara qəsd edən cinayətlər – 496
§ 3. Sosial-iqtisadi hüquq və azadlıqlara qəsd edən cinayətlər – 498
§ 4. Şəxsi hüquq və azadlıqlara qəsd edən cinayətlər – 501
XXX FƏSİL
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 505
§ 1. Yetkinlik yaşına çatmayanları ictimai təhlükəli əməllər və ya sair cəmiyyətə zidd hərəkətlər törətməyə bilavasitə cəlb etmə yolu ilə onların tərbiyə mənafelərinin pozulması ilə əlaqədar olan cinayətlər – 507
§ 2. Yetkinlik yaşına çatmayana və ya bütövlükdə ailənin mənafelərinə zərər vurma ilə bağlı olan cinayətlər – 511
XIII BÖLMƏ İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
XXXI FƏSİL
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 517
§ 1. Mülkiyyət əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 517
§ 2. Özgənin əmlakını talama – 518
§ 3. Talama əlamətləri olmayan tamah cinayətləri – 528
§ 4. Mülkiyyətə tamah niyyəti olmadan qəsd edən cinayətlər – 531
XXXII FƏSİL
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR – 534
§ 1. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərin ümumi xarakteristikası – 534
§ 2. Qanuni sahibkarlıq fəaliyyətinə qəsd edən cinayətlər – 536
§ 3. İqtisadi fəaliyyət sahəsində dövlət inhisarına qəsd edən cinayətlər – 557
§ 4. Gömrük və vergi cinayətləri -562
XIV BÖLMƏ
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
XXXIII FƏSİL
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 567
XXXIV FƏSİL
ƏHALİNİN SAĞLAMLIĞI VƏ İCTİMAİ MƏNƏVİYYATI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 591
§ 1. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər – 592
§ 2. İctimai mənəviyyata qəsd edən cinayətlər – 600
XXXV FƏSİL
EKOLOJİ CİNAYƏTLƏR – 603
§ 1. Ekoloji cinayətlərin ümumi xarakteristikası – 603
§ 2. Ümumi xarakterli ekoloji cinayətlər – 605
§ 3. Xüsusi xarakterli ekoloji cinayətlər – 607
XXXVI FƏSİL
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYATIN İSTİSMARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 617
§ 1. Hərəkət təhlükəsizliyi və nəqliyyatın istismarı əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 617
§ 2. Hərəkət təhlükəsizliyinə və nəqliyyatın istismarına qəsd edən cinayətlər – 619
§ 3. Nəqliyyatın fəaliyyəti sferasında olan digər cinayətlər – 626
XXXVII FƏSİL
KOMPYUTER İNFORMASİYASI SFERASINDA CİNAYƏTLƏR – 630
§ 1. Kompyuter cinayətlərinin ümumi xarakteristikası – 630
§ 2. Kompyuter informasiyası sferasında cinayətlərin növləri – 632
XV BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
XXXVIII FƏSİL
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 640
§ 1. Dövlətin konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə qəsd edən cinayətlərin ümumi xarakteristikası – 640
§ 2. Dövlətin xarici təhlükəsizliyinə qəsd edən cinayətlər – 641
§ 3. Dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlər – 646
XXXIX FƏSİL
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 653
§ 1. Ədalət mühakiməsi əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 653
§ 2. Ədalət mühakiməsinin və ibtidai istintaqın həyata keçirilməsinə müdaxilə etmə – 657
§ 3. Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya həmin səlahiyyətləri aşma – 661
§ 4. Məhkəmələrin və ibtidai istintaq orqanlarının normal fəaliyyətinə qəsd etmə – 668
XL FƏSİL
KORRUPSİYA CİNAYƏTLƏRİ VƏ DÖVLƏT HAKİMIYYƏTİ, DÖVLƏT QULLUĞU MƏNAFEYİ, YERLİ ÖZÜNÜİDARƏ ORQANLARINDA, HABELƏ KOMMERSİYA VƏ YA QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARINDA QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 676
§ 1. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma ilə və buna oxşar tərkiblərlə (vəzifə cinayətləri ilə) bağlı olan cinayətlər – 679
§ 2. Rüşvətxorluqla bağlı olan cinayətlərin xüsusiyyətləri- 688
XLI FƏSİL
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 695
§ 1. İdarəetmə qaydası əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 695
§ 2. Hakimiyyət və idarəetmə nümayəndələrinə qəsd edən cinayətlər 696
§ 3. İdarəetmə sferasının normal fəaliyyətinə qəsd edən cinayətlər – 699
§ 4. Azərbaycan Respublikasının suveren hüquqlarına və atributlarına qəsd edən cinayətlər – 706
XVI BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
XLII FƏSİL
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR – 710
§ 1. Hərbi xidmət əleyhinə olan cinayətlərin ümumi xarakteristikası – 710
§ 2. Hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər – 713
§ 3. Hərbi intizamın ümumi tələbləri əleyhinə olan cinayətlər – 718
§ 4. Hərbi xidmətin xüsusi vəzifələri əleyhinə olan cinayətlər – 724
§ 5. Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar olan cinayətlər- 730
TÖVSİYƏ EDİLƏN ƏDƏBİYYAT – 736