Аğayev İ.B.
Azərbaycan Respublikasının Cəza-icra hüququ. Ümumi hissə.
Dərslik.
Bakı: «Təhsil» nəşriyyatı, 2007.
360 səhifə. 23 çap vərəqi.
Cəza-icra siyasəti dövlətin cəzanın məqsədlərinin, onların həyata keçirilməsinin dövlət-hüquq mexanizminin, cəzaların icrası prosesinin təşkilinin müəyyən edilməsi üzrə fəaliyyətindən ibarətdir. Onun praktiki olaraq həyata keçirilməsinin əsas vasitəsini Cəza-icra hüququ təşkil edir. Cəza-icra hüququ Cinayət hüququ və Cinayət-prosessual hüquqla yanaşı, cinayətkarlıqla mübarizə silsiləsinə daxil olan müstəqil, inkişaf etməkdə olan hüquq sahəsidir. O, öz institut və normalarında dövlətin cəzaların icrası sahəsindəki siyasətinin əsas müddəalarını təsbit edir. Cəza-icra hüququnun müstəqilliyini onun özünə məxsus hüquqi tənzimləmə predmetinə və buna müvafiq olan hüquqi tənzimləmə metoduna, habelə cəza-icra siyasətinin həyata keçirilməsinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, əsas forma və vasitələrini təsbit edən xüsusi normalar sisteminə malik olması sübut edir.
Təqdim olunan dərslik Azərbaycan hüquq elminə qiymətli töhfədir. Bu, ilk növbədə onunla izah edilir ki, həmin əsər Azərbaycan hüquq elmi tarixində Cəza-icra hüququna dair birinci dərslikdir. Bu dərsliyin buraxılması zərurəti həm tədris prosesinin mənafelərindən, həm də Azərbaycan Respublikasının cinayət-hüquq və cəza-icra siyasətində, cəmiyyətin hüquqi təfəkküründə baş verən əhəmiyyətli dəyişikliklərdən irəli gəlir.
Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin əsasında dərslikdə Cəza-icra hüququnun əsas müddəaları: onun anlayışı, predmeti və metodları, prinsipləri, hüquq sahələri sistemində yeri, Azərbaycan Respublikasının cəza-icra siyasəti, Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin məzmunu, məqsəd və vəzifələri, məhkumların hüquqi vəziyyəti, cəzaların icrasının anlayışı və əsasları, məhkumların islah edilməsi və onun əsas vasitələri, cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət edilməsi, cəzaların icrasının beynəlxalq aspektləri məsələləri və bir çox digər məsələlər açıqlanır.
Dərslik ali təhsil müəssisələrində təhsil alan tələbələr, aspirantlar, müəllimlər, cəza-icra sisteminin əməkdaşları və hüquq sahəsinin elmi tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.
MÜNDƏRİCAT
ÖN SÖZ – 3
I FƏSİL
CƏZA-İCRA HÜQUQUNUN ANLAYIŞI – 6
§ 1. Azərbaycan Respublikasının cəza-icra siyasəti – 6
§ 2. Cəza-icra hüququnun anlayışı, predmeti və metodu – 18
§ 3. Cəza-icra hüququnun hüquq sistemində yeri – 24
§ 4. Cəza-icra hüququnun prinsipləri – 29
§ 5. Cəza-icra hüququ elmi – 44
§ 6. Cəza-icra hüququ kursunun predmeti, metodu və sistemi – 52
II FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI
QANUNVERİCİLİYİ – 60
§ 1. Azərbaycan Respublikası cəzaların icrası qanunvericiliyinin anlayışı və məzmunu – 60
§ 2. Azərbaycan Respublikası cəzaların icrası qanunvericiliyinin məqsəd və vəzifələri – 76
§ 3. Cəza-icra hüquq normaları – 83
§ 4. Cəza-icra hüquq münasibətləri – 95
III FƏSİL
CƏZA VƏ ONUN İCRASININ ANLAYIŞI – 108
§ 1. Cəza, onun anlayışı və növləri – 108
§ 2. Cəzaların icrasının anlayışı və əsasları – 124
IV FƏSİL
MƏHKUMUN ŞƏXSİYYƏTİNİN ÖYRƏNİLMƏSİ – 137
§ 1. Məhkumun şəxsiyyətinin öyrənilməsi anlayışı. Məhkumların sosial-demoqrafik və bioloji əlamətləri – 137
§ 2. Məhkumların cinayət-hüquqi və cəza-icra əlamətləri – 146
V FƏSİL
MƏHKUMLARIN İSLAH EDİLMƏSİ VƏ ONUN ƏSAS VASİTƏLƏRİ – 155
§ 1. Məhkumların islah edilməsi anlayışı – 155
§ 2. Cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim) – 160
§ 3. Məhkumlarla tərbiyə işi – 173
§ 4. Məhkumların ictimai faydalı əməyə cəlb edilməsi – 185
§ 5. Məhkumların ümumtəhsil və peşə təlimi – 191
§ 6. Cəzanın icrasının və islahedici təsir tədbirlərinin tətbiqinin diferensiasiyası və fərdiləşdirilməsi – 195
VI FƏSİL
MƏHKUMLARIN HÜQUQİ VƏZİYYƏTİ – 205
§ 1. Məhkumların hüquqi vəziyyətinin anlayışı – 205
§ 2. Məhkumların hüquqları – 214
§ 3. Məhkumların qanuni mənafeləri – 233
§ 4. Məhkumların vəzifələri – 236
VII FƏSİL
CƏZANI İCRA EDƏN MÜƏSSİSƏ VƏ ORQANLAR – 250
§ 1. Cəzanı icra edən müəssisə və orqanların anlayışı, növləri və vəzifələri – 250
§ 2. Cəzanı icra edən müəssisə və orqanların işçi heyətinin hüquqi vəziyyəti – 269
VII FƏSİL
CƏZANI İCRA EDƏN MÜƏSSİSƏ VƏ ORQANLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT – 283
§ 1. Cəzanı icra edən müəssisə və orqanların fəaliyyətinə nəzarətin anlayışı – 283
§ 2. Cəzanı icra edən müəssisə və orqanların fəaliyyətinə dövlət nəzarəti – 287
§ 3. Cəzaların icrasına beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən nəzarət edilməsi – 296
IX FƏSİL
CƏZALARIN İCRASININ BEYNƏLXALQ ASPEKTLƏRİ – 306
§ 1. Məhkumlarla rəftarın beynəlxalq standartları – 306
§ 2. Xarici ölkələrdə cəzaların icrasının xüsusiyyətləri – 332