Агаев И.Б.
Назначение наказания при множественности преступлений, не связанной с предшествующим осуждением виновного.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2004, № 1, s. 82—91. 1,5 çap vərəqi.
Bu məqalədə təqsirkarın əvvəlki məhkumluğu ilə əlaqədar olmayan cinayətlər çoxluğuna, yəni cinayətlərin təkrar törədilməsinə (təkrarlığa) və cinayətlərin məcmusuna görə cəza təyin edilməsi zamanı yaranan problemlər araşdırılmışdır. Qeyd olunur ki, sözügedən problem həm cinayət hüququ nəzəriyyəsinin aktual problemləri sırasında, həm də belə cinayətkar fəaliyyətə görə cəzanın tətbiqi səmərəliliyinin artırılması tələbi ilə əlaqədar olaraq, məhkəmə praktikasında xüsusi yer tutur. Belə halların ictimai təhlükəliliyinin təqsirkar tərəfindən törədilmiş cinayətlərin sayı və onlardan hər birinin ictimai təhlükəliliyi ilə müəyyən edilməsi barədə müddəa əsaslandırılır. Müəllifin sözlərinə görə, bir neçə cinayət törətmiş və cinayətlərdən heç birinə görə məhkumluğa məruz qalmamış şəxslərin cinayətkar fəaliyyəti onların ifşa olunmaqdan maskalanmaq qabiliyyətindən xəbər verir. Bu isə, nəticə etibarilə, belə şəxslərin həm şəxsiyyətinin, həm də törətdikləri əməllərin böyük ictimai təhlükəliliyə malik olmasının göstəricisi olaraq, sözügedən cinayətkar fəaliyyətə görə spesifik cəza təyin edilməsi qaydasının müəyyən edilməsini tələb edir.