Агаев И.Б.
Простой рецидив как разновидность рецидива преступлений.
Gənc alimlərin V Respublika elmi konfransının materialları.
Bakı, 2000, s. 20—24. 0,4 çap vərəqi.
Müəllifin sözlərinə görə, sadə residiv cinayətlər residivinin təhlükəliliyi az olan növüdür. O, yüksək olmayan ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir və nəticə etibarilə, sadə residivi təşkil edən cinayətlər onları törədən şəxslərin az ictimai təhlükəli olmasına dəlalət edir. Sonra sadə residivin obyektiv və subyektiv amilləri təhlil edilir. Müəllifin sözlərinə görə, obyektiv amillər ondan ibarətdir ki, sadə residiv zamanı cinayətkar fəaliyyət dövlət tərəfindən ciddi reaksiyaya səbəb olmayan əməllərdən ibarət olur. Sadə residivin subyektiv amilləri isə, cinayət törətmiş şəxsin yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmamasından ibarətdir. Bu da, öz növbəsində belə şəxslərdə daha təhlükəli kateqoriya residivistlərdə kök salmış cəmiyyətə zidd baxışların və meyllərin olmaması və ya tam formalaşmamasından xəbər verir.