Агаев И.Б.
Задачи повышения эффективности борьбы с рецидивом преступлений.
Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası.
Bakı, 1998, № 1, s. 209—212. 0,3 çap vərəqi.
Məqalədə qeyd olunur ki, suveren dövlətin müasir inkişaf mərhələsində iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi obyektiv zərurətdir. Bütün bu istiqamətlərdə uğur əldə edilməsi cinayətkarlıqla və digər hüquq pozuntuları ilə mübarizənin səmərəliliyindən asılıdır. Bu isə, etibarlı qanunvericilik bazasının yaradılmasını tələb edir. Cinayətlərin residivi ilə mübarizə məsələlərinin qanunvericilik təsbitinin bəzi problemlərinə toxunaraq, müəllif qeyd edir ki, qüvvədə olan qanunvericilik özündə yalnız xüsusi təhlükəli residivist və residiv haqqında ayrı-ayrı göstərişləri ehtiva edir. Cinayətlərin residivinin və residivistin ümumi anlayışı qanunda nəzərdə tutulmamışdır. Bu anlayşıların qanunvericilik tərəfindən təsbit edilməsi ilk növbədə cinayətlərin residivi ilə mübarizənin səmərəliliyinin artırılması, habelə residiv cinayətkarlığın statistik hesablanması və təhlili baxımından vacibdir.