Агаев И.Б.
Проблемы борьбы с повторностью умышленных преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri.
Bakı, 2003, № 3–4, s. 262—274. 1 çap vərəqi.
Məqalədə cinayətlərin qəsdən təkrar törədilməsinin özəllikləri açıqlanır. Təkarlığın sözügedən növünün təqsirkarın pozğunluq dərəcəsinin daha yüksək olması ilə səciyyələnməsi barədə müddəa əsaslandırılır. Cinayətlərin qəsdən təkrar törədilməsinin səciyyəvi cəhətləri onun maddi, siyasi təbiətini açmağa, bu anlayışa əxlaqi-siyasi qiymət verməyə, onun xüsusiyyətlərini göstərməyə, onu təkrarlığın, habelə cinayətlər çoxluğunun digər növlərindən fərqləndirməyə imkan verir. Müəllif hesab edir ki, cinayətlərin qəsdən təkrar törədilməsi anlayışının məzmunu onda ehtiva olunan qəsdən törədilən cinayətlərdən və onları səciyyələndirən əlamətlərdən asılıdır. Yekunda təkrarlığın sözügedən növünün hüquqi əlamətlərinin siyahısı verilir.