Агаев И.Б.
Умышленное совершение преступления как обязательный признак опасного и особо опасного рецидива преступлений.
«Пробелы в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2009, № 1, s. 159—162. 0,6 çap vərəqi.
Məqalə cinayət hüququnun ən mühüm institutlarından birinə həsr edilmişdir. Məqalədə qəsdin anlayışı, əlamətləri, növləri, ifadə formaları və səbəb olduğu nəticələrin xüsusiyyətləri aydınlaşdırılır. Müəllif cinayətlərin residivinin təhlükəli və ya xüsusilə təhlükəli hesab olunmasına dair məsələnin həlli zamanı formal əlamətləri rəhbər tutmağı deyil, törədilmiş cinayətlərin və təqsirkarın şəxsiyyətinin gerçək təhlükəliliyini nəzərə almağı təklif edərək, hesab edir ki, bu sözügedən ictimai təhlükəli halların hüquqi təbiətini açıqlamağa, onlara əxlaqi-siyasi qiymət verməyə, habelə onların sadə residivdən, eləcə də cinayətlər çoxluğunun digər növlərindən fərqli xüsusiyyətlərini aydınlaşdırmağa imkan vermiş olar. Məqalə cinayət hüququ nəzəriyyəsini zənginləşdirən bir sıra maraqlı müddəaları özündə ehtiva edir.