Aghayev I.B.
Matter of crime and victim of crime.
«Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosioloji və hüquqi təhlil, proqnozlaşdırma» mövzusunda II Beynəlxalq konfransın materialları.
Bakı, 2014, s. 327—330. 0,5 çap vərəqi.
Sözügedən məqalədə cinayətin obyektinin fakultativ əlamətlərindən, yəni cinayətin predmetindən və zərərçəkmiş şəxsdən bəhs edilir. Müəllif qeyd edir ki, onlar qanunda bütün hallarda deyil, yalnız bəzi hallarda göstərilirlər. Cinayətin predmeti xarici aləmin elə canlı və ya cansız əşyalarıdır ki, cinayət onlara görə və ya onlarla bağlı olaraq törədilir və törədilərkən cinayətkar onlara bilavasitə təsir göstərir. Cinayət hüququnda zərərçəkmiş elə fiziki şəxsdir ki, ona qəsd etmə yolu ilə cinayətin obyektinə zərər vurulur. Əsaslandırılır ki, zərərçəkmiş şəxs anlayışı cinayət-hüquqi və cinayət-prosessual baxımdan eynimənalı anlayış deyil. Daha sonra zərərçəkmiş şəxsin xüsusiyyətlərinin cinayət məsuliyyətinin əsasları ilə bağlı məsələnin həlli, cinayətlərin bir-birindən fərqləndirilməsi və tövsif edilməsi, yüngülləşdirici və ya ağırlaşdırıcı halları olan tərkiblərin qurulması və cəzanın təyin edilməsi zamanı cinayət-hüquqi əhəmiyyət kəsb etməsi təhlil edilir.