Aghayev I.B.
Importance of the crime objective aspect.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 7, s. 99—104. 0,5 çap vərəqi.
Sözügedən məqalədə cinayətin obyektiv cəhətinin əhəmiyyətindən bəhs edilir. Müəllif qeyd edir ki, cinayətin obyektiv cəhəti çoxplanlı əhəmiyyətə malkdir. O, hər şeydən əvvəl, cinayət tərkibinin elementlərindən biridir. Cinayətin obyektiv cəhətinin mövcud olmaması cinayət tərkibinin də yoxluğu deməkdir. Müəllifin sözlərinə görə, cinayət tərkibinin obyektiv cəhəti cinayət tərkibinin elementi olaraq cinayət məsuliyyətinin əsaslarına daxildir, cinayətin tövsifinə təsir göstərir, digər əlamətlərinə görə oxşar olan cinayətləri fərqləndirməyə imkan yaradır, cinayətləri digər hüquqpozmalardan və inzibati xətalardan fərqləndirməyə imkan verir, təqsirkara cəza təyin olunarkən məhkəmə tərəfindən əlamətlər qismində nəzərə alınır. Cinayətin obyektiv cəhəti həm də cinayətlərin tövsifinin hüquqi əsasıdır. Cinayətin obyektiv cəhətinin düzgün müəyyən edilməsi əksər hallarda cinayətin subyekti və obyektinin təyin edilməsinə köməklik göstərir.