Aghayev I.B.
Object of a crime.
«Beynəlxalq hüquq və inteqrasiya problemləri» hüquq jurnalı.
Bakı, 2015, № 1, s. 250—261. 1,2 çap vərəqi.
Sözügedən məqalədə cinayətin obyektindən, yəni onun anlayışından, təsnifatından və əhəmiyyətindən bəhs edilir. Müəllif qeyd edir ki, cinayətin obyekti törədilmiş əməlin sosial mahiyyətini və onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə müəyyənləşdirir, onun yönümünü göstərir. Törədilmiş əməlin düzgün tövsif edilməsi üçün obyektin dəqiq aydınlaşdırılması ciddi şəkildə tələb olunur. Cinayətin obyektinin ümumi, cinsi, növ və bilavasitə obyektlər kimi növləri təhlil edilir. Daha sonra əsaslandırılır ki, cinayətin obyekti konkret cinayətin məzmununu açmağa, onun ictimai təhlükəliliyinin xarakterini aydınlaşdırmağa imkan verir. Bundan əlavə, cinayətin obyektinin düzgün müəyyənləşdirilməsi ilə cinayətin özü də düzgün tövsif edilir. Bütün bunlar son nəticədə təqsirli şəxsə onun törətmiş olduğu cinayətə görə düzgün və ədalətli cəzanın təyin edilməsi üçün olduqca vacib şərtlərdən sayılır.