Агаев И.Б.
Русское Уголовное право.
Monoqrafiya.
Leypsiq: «Leypsiq Universitetinin nəşriyyatı», 2017.
88 səhifə. 8 çap vərəqi.
Rusiya Federasiyasında Cinayət hüququ cinayətkarlıqla mübarizənin əsas silahıdır. Onun müddəaları cəmiyyətin sosial əhəmiyyət kəsb edən dəyər, maraq və sərvətlərinin cinayətkar qəsdlərdən qorunmasına bilavasitə təsir edir.
Rusiya Cinayət hüququ xüsusi hüquqi tənzimləmə predmetinə və metoduna, habelə öz vəzifələrinə malikdir. Cinayət hüququnun hüquqi tənzimləmə predmetinə cinayətin törədilməsindən sonra onu törətmiş şəxslə dövlət arasında hüquqtətbiqetmə orqanları vasitəsilə yaranan münasibətlər daxildir. Bu münasibətləri başqa bir hüquq sahəsi tənzimləyə bilməz. Cinayət hüququnun hüquqi tənzimləmə predmetinə daxil olan münasibətlərin məzmunu spesfik, mürəkkəb və çoxmənaldır.
Hüquqi tənzimləmə metodunun əsas formalarını qadağa, icazə və göstəriş təşkil edir. Cinayət hüququ üçün ən tipik olan hüquqi qadağa metodudur. Bu metod ictimai təhlükəli əməllərin qadağan olunmasında və qadağanı pozan şəxs üçün meydana çıxmış hüquqi nəticələrin ağırlığında təzahür edir.
Cinayət hüququnun vəzifələri cinayət-hüquqi mühafizə obyektlərini və prioritetlərini müəyyən edir. Cinayət-hüquqi mühafizə obyekti qismində Rusiya Cinayət hüququ insan və vətəndaşın hüquq və azadlıqlarını, mülkiyyət maraqlarını, ictimai qayda və ictimai təhlükəsizliyi, ətraf mühiti və Rusiya Federasiyasının konstitusiya quruluşunu ehtiva edir.
Nəzərə almaq lazımdır ki, sözügedən cinayət-hüquqi mühafizə obyektləri nəinki cinayət qanunvericiliyi ilə, həm də digər hüquqi vasitələrlə qorunur. Bu zaman cinayət hüququ son dərəcə mühüm rol oynayır. Cinayət hüququnun vəzifələri müxtəlif inkişaf mərhələlərində cəmiyyət və dövlət tərəfindən həll edilən sosial-iqtisadi problemlər əsasında formalaşdırılır. Onlar ölkədəki kriminal durumun vəziyyəti, hüquq qaydasının və qanunçuluğun təmin olunması ilə bağlıdır.
Cinayət qanunu Rusiya cinayət hüququnun yeganə mənbəyidir. Mənbələri qanunla yanaşı, dövlət hakimiyyəti və yerli özünüidarə orqanların qərarları da ola bilən digər hüquq sahələrindən fərqli olaraq, əməllərin cinayət və cəzalanmalı olduğunu müəyyən edən hüquq normaları yalnız qanunvericilik aktı formasında ifadə edilməlidir. Bu, hüquq pozuntularının digər növləri ilə müqayisədə cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi ilə şərtləşir. Törədilmiş cinayətlərə görə nəzərdə tutulmuş cəzalar məsuliyyətin digər növləri ilə müqayisədə özündə ən ciddi hüquqi nəticələri birləşdirir.
Rusiya Federasiyasının qüvvədə olan cinayət qanunvericiliyi bütünlüklə məcəllələşdirilmişdir. Rusiya Federasiyasının Cinayət Məcəlləsi yeganə cinayət qanunudur. O, əməllərin cinayət və cəzalanmalı hesab olunmasını, cinayət məsuliyyətinin əsaslarını və həddlərini, cinayət məsuliyyətindən və cəzadan azad etmənin əsaslarını müəyyən edən cinayət hüquq normalarını ardıcıl və məntiqli şəkildə birləşdirən sahəvi sistemləşdirilmiş normativ aktdır. Qüvvədə olan Cinayət Məcəlləsi Rusiya Federasiyasının 24 may 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş, 1997-ci il, 1 yanvar tarixdən qüvvəyə minmişdir.
MÜNDƏRİCAT
ВВЕДЕНИЕ – 4
ОБЩАЯ ЧАСТЬ
РАЗДЕЛ 1
СОДЕРЖАНИЕ И ФОРМЫ ПРОЯВЛЕНИЯ УГОЛОВНО-ПРАВОВОГО РЕГУЛИРОВАНИЯ – 10
РАЗДЕЛ 2
СОСТАВ ПРЕСТУПЛЕНИЯ – 16
РАЗДЕЛ 3
ПРЕДВАРИТЕЛЬНАЯ И СОВМЕСТНАЯ ПРЕСТУПНАЯ ДЕЯТЕЛЬНОСТЬ – 25
РАЗДЕЛ 4
МНОЖЕСТВЕННОСТЬ ПРЕСТУПЛЕНИЙ – 30
РАЗДЕЛ 5
ОБСТОЯТЕЛЬСТВА, ИСКЛЮЧАЮЩИЕ ПРЕСТУПНОСТЬ ДЕЯНИЯ – 34
РАЗДЕЛ 6
НАКАЗАНИЕ И ЕГО НАЗНАЧЕНИЕ – 38
РАЗДЕЛ 7
ОСВОБОЖДЕНИЕ ОТ УГОЛОВНОЙ ОТВЕТСТВЕННОСТИ И ОТ НАКАЗАНИЯ – 44
РАЗДЕЛ 8
УГОЛОВНАЯ ОТВЕТСТВЕННОСТЬ НЕСОВЕРШЕННОЛЕТНИХ – 49
РАЗДЕЛ 9
ИНЫЕ МЕРЫ УГОЛОВНО-ПРАВОВОГО ХАРАКТЕРА – 52
ОСОБЕННАЯ ЧАСТЬ
РАЗДЕЛ 10
ПОНЯТИЕ И ЗНАЧЕНИЕ ОСОБЕННОЙ ЧАСТИ РОССИЙСКОГО УГОЛОВНОГО ПРАВА – 55
РАЗДЕЛ 11
ПРЕСТУПЛЕНИЯ ПРОТИВ ЛИЧНОСТИ – 60
РАЗДЕЛ 12
ПРЕСТУПЛЕНИЯ В СФЕРЕ ЭКОНОМИКИ – 65
РАЗДЕЛ 13
ПРЕСТУПЛЕНИЯ ПРОТИВ ОБЩЕСТВЕННОЙ БЕЗОПАСНОСТИ И
ОБЩЕСТВЕННОГО ПОРЯДКА – 70
РАЗДЕЛ 14
ПРЕСТУПЛЕНИЯ ПРОТИВ ГОСУДАРСТВЕННОЙ ВЛАСТИ – 77
РАЗДЕЛ 15
ПРЕСТУПЛЕНИЯ ПРОТИВ ВОЕННОЙ СЛУЖБЫ – 82
РАЗДЕЛ 16
ПРЕСТУПЛЕНИЯ ПРОТИВ МИРА И БЕЗОПАСНОСТИ ЧЕЛОВЕЧЕСТВА – 85