Агаев И.Б.
Рецидив в системе множественности преступлений.
Monoqrafiya.
Moskva: «Юристъ» nəşriyyatı, 2002.
108 səhifə. 7 çap vərəqi.
Qanunçuluğun və hüquq qaydasının təmin olunması, hüquq tətbiqetmə praktikasının təkmilləşdirilməsi vəzifəsi müstəqil demokratik dövlətin qurulması, bazar münasibətlərinin təşəkkül tapması şəraitində xüsusi əhəmiyyət kəsb edir.
Müəllifin sözlərinə görə, dövlət institutlarının hələ tam formalaşmadığı mürəkkəb dövrdə siyasi və kriminal strukturların birləşməsi, kriminal keçmişi olan şəxslərin müvafiq idarəçilik sferalarına keçməsi halları özünü büruzə verir. Cinayətkarlıqla mübarizədə qanunçuluğun təmin olunması ictimai təhlükəliliyi yüksək olan cinayətlərin, o cümlədən cinayətlərin residivinin qarşısının səmərəli şəkildə alınmasından daha çox asılıdır. Bu baxımdan da, sözügedən cinayətkar fəaliyyətlə mübarizə sferasında həm qanunvericilik bazasının, həm də hüquq tətbiqetmə praktikasının təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Cinayətkarlıq struktutunda residiv müstəqil təzahür olaraq, onun müxtəlif aspektlərinin kompleks tədqiqatının zəruriliyini, əlaqələrini və qanunauyğunluqlarını müəyyən edən xüsusiyyətləri ilə səciyyələnir.
Residiv anlayışı, hər şeydən əvvəl, cinayət-hüquqi anlayışdır və buna görə də, məhz cinayət qanunvericilində cinayətlərin residivinə görə məsuliyyəti müəyyən edən normalar mövcud olmalıdır. Lakin cinayət qanunvericiliyinin residivin yalnız ümumi cəhətlərini formulə etməsini diqqətə alaraq, müəllif residivin konkret növlərini, onun təsnifatının əsaslarını araşdırmağı zəruri sayır.
Əsərlə əhatə olunan məsələlərin nəzəri cəhətdən hazırlanması müəyyən mənada həmin problemin yeni formada nəzərdən keçirildiyi Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinin qəbul edilməsi ilə də şərtləşir. Müəllifin fikrincə, yeni Cinayət Məcəlləsində cinayətlərin residivinin isahı mükəmməl deyildir. Lakin müəllif residivin yeni məcəllədə təsbitinin müxtəlif səviyyəli mütəxəssislərin residiv barəsində cinayət-hüquq normalarının təkmilləşdirilməsinə yönəldilmiş tədqiqatlarının nəticələrinin praktiki reallaşmasına doğru atılan addım olmasını inkar etmir.
Daha sonra qeyd olunur ki, Cinayət hüququnda residiv problemi ilə bağlı elmi araşdırmaların nəzəri və praktiki əhəmiyyətinə baxmayaraq, cinayət-hüquq ədəbiyyatında onun yalnız bir neçə aspektləri nəzərdən keçirilir. Bu problemə çox elmi işlər həsr olunmuşdur. Lakin həmin elmi işlərin cinayət hüququ elminin və cinayətkarlıqla mübarizənin inkişafındakı şübhə doğurmayan dəyərliliyinə rəğmən, onlarda residiv problemi başqa iqtisadi münasibətlərə və cinayətkarlıqla mübarizənin başqa prinsiplərinə əsaslanan sosialist metodologiyası nöqteyi-nəzərindən araşdırılmışdır. Ona görə də, müəllif hesab edir ki, sosialist cəmiyyətindən yeni sosial-iqtisadi məkana keçid şəraitində bu problem, cinayət hüququ nəzəriyyəsinin digər bir çox problemləri kimi kompleks şəkidə tədqiq edilməlidir.
MÜNDƏRİCAT
ВВЕДЕНИЕ – 7
ГЛАВА I
РЕЦИДИВ ПРЕСТУПЛЕНИЙ КАК ВИД МНОЖЕСТВЕННОСТИ ПРЕСТУПЛЕНИЙ – 9
§ 1. Понятие множественности преступлений – 9
§ 2. Общее понятие рецидива преступлений – 15
§ 3. Юридические признаки рецидива преступлений – 23
ГЛАВА II
КЛАССИФИКАЦИЯ РЕЦИДИВА ПРЕСТУПЛЕНИЙ – 38
§ 1. Общие вопросы классификации рецидива преступлений – 38
§ 2. Простой рецидив – 47
§ 3. Опасный рецидив – 55
§ 4. Особо опасный рецидив – 63
§ 5. Общий и специальный рецидивы – 75
ГЛАВА III
ВОПРОСЫ РЕЦИДИВА ПРЕСТУПЛЕНИЙ В НОВОМ УГОЛОВНОМ КОДЕКСЕ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ -80
§ 1. Понятие рецидива преступлений в новом Уголовном Кодексе Азербайджанской Республики – 80
§ 2. Особенности назначения наказания при рецидиве преступлений в новом Уголовном Кодексе Азербайджанской Республики -87
СПИСОК ИСПОЛЬЗОВАННОЙ ЛИТЕРАТУРЫ – 101