Агаев И.Б.
Состав преступления: понятие, элементы, значение.
Monoqrafiya.
Moskva: «Юристъ» nəşriyyatı, 2008.
335 səhifə. 21 çap vərəqi.
Cinayət hüququ nəzəriyyəsi üçün aktual olan məsələlər sırasında cinayət tərkibi xüsusi yer tutur. Cinayət hüququ elmində cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin məcmusu kimi nəzərdən keçirilir.
Cinayət tərkibi çoxcəhətli xarakterə malik mürəkkəb kateqoriyadır. Cinayət tərkibinin elementlərini və əlamətlərini səciyyələndirən bir çox müddəalar ictimai münasibətlərin sosiologi müddəalarına, fəaliyyət və yaş psixologiyasına, psixiatriya və digər tibbi biliklərə, hüquqi göstərişlərə arxalanır. Cinayət Məcəlləsində cinayət məsuliyyətinin əsasını təşkil edən əsas prinsipial müddəa — cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi kimi təsbit edilmişdir.
Əsərdə cinayət hüququ elminin son nailiyyətləri əsasında cinayət tərkibinin anlayışı, əlamətləri və təsnifatı, onun obyektiv və subyektiv elementləri təhlil olunur. Müəllif cinayət tərkibinin cinayət məsuliyyətinin vahid əsası və cinayəti tövsif etmə vasitəsi olması, həmçinin cinayət tərkibi əlamətlərinin cinayətkar davranışın hüququ qiymətləndirilməsində «iştirakı» ilə bağlı müstəsna əhəmiyyətinə xüsusi diqqət ayırmışdır. Qanunda cinayət tərkibinin anlayışı açıqlanmır, sözügedən anlayış cinayət hüququ elmi tərəfindən tədqiq olunur. Bu isə, təqdim olunan əsərin çox qiymətli olmasına dəlalət edir, belə ki, burada cinayət tərkibinin əlamətləri ümumiləşdirilir, bəzən isə, tamamilə yeni formada şərh edilir, habelə onun sosial, hüquqi, psixoloji əhəmiyyəti dəqiqləşdirilir.
Məlum olduğu kimi, cinayət tərkibi dörd elementdən ibarətdir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Bu elementin əlamətləri dispozisiyada daha çox əks olunur və nəticə etibarilə, müəllif belə bir qərara gəlir ki, dispozisiyanın məzmunu cinayətin obyektiv cəhətinin əlamətlərinin düzgün tətbiqinə əhəmiyyətli təsir göstərir.
Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi tarixi nöqteyi-nəzərdən dəyişkən kateqoriyadır ki, buna da milli adətlər də təsir göstərə bilir. Burada müəllif həm məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə, həm də anlaqsızlığa və məhdud anlaqlılığa öz münasibətini bildirir. Cinayət tərkibinin subyektiv cəhətinə təqsirdə, cinayətin motiv və məqsədində ifadə olunan əlamətlər daxildir.
Əsər ali təhsil müəssisələrində təhsil alan tələbələr, müəllimlər və hüququn müxtəlif sahələri üzrə elmi tədqiqat aparan şəxslər, hüquq-mühafizə orqanları və məhkəmə işçiləri, vəkillər və idarəetmə orqanlarının hüquqşünasları üçün nəzərdə tutulmuşdur.
MÜNDƏRİCAT
ВВЕДЕНИЕ – 3
ГЛАВА 1
ПОНЯТИЕ И СОДЕРЖАНИЕ СОВОКУПНОСТИ ПРЕСТУПЛЕНИЙ – 5
§ 1. Исторический очерк развития совокупности преступлений в уголовном праве – 5
§ 2. Понятие совокупности преступлений – 11
§ 3. Обстоятельства, исключающие совокупность преступлений – 20
ГЛАВА 2
СОВОКУПНОСТЬ ПРЕСТУПЛЕНИЙ – ФОРМА МНОЖЕСТВЕННОСТИ ПРЕСТУПЛЕНИЙ – 27
§ 1. Понятие и юридическая сущность множественности преступлений – 27
§ 2. Место совокупности преступлений в системе форм множественности преступлений – 38
§ 3. Разнородность – важнейший признак совокупности преступлений – 75
§ 4. Вопрос о видах совокупности преступлений в теории уголовного права – 80
ГЛАВА 3
РЕАЛЬНАЯ СОВОКУПНОСТЬ ПРЕСТУПЛЕНИЙ – 87
§ 1. Понятие реальной совокупности – 87
§ 2. Юридические признаки реальной совокупности – 89
§ 3. Особенности квалификации предварительной преступной деятельности и соучастия при реальной совокупности преступлений – 98
§ 4. Виды реальной совокупности преступлений – 102
ГЛАВА 4
ИДЕАЛЬНАЯ СОВОКУПНОСТЬ ПРЕСТУПЛЕНИЙ – 109
§ 1. Понятие и социальная природа идеальной совокупности – 109
§ 2. Отграничение идеальной совокупности от единичных преступлений – 116
§ 3. Юридические признаки идеальной совокупности – 144
§ 4. Виды идеальной совокупности преступлений – 147
ГЛАВА 5
КОНКУРЕНЦИЯ УГОЛОВНО-ПРАВОВЫХ НОРМ – 151
§ 1. Понятие конкуренции уголовно-правовых норм – 151
§ 2. Виды конкуренции уголовно-правовых норм – 15
ГЛАВА 6
НАЗНАЧЕНИЕ НАКАЗАНИЯ ПРИ СОВОКУПНОСТИ ПРЕСТУПЛЕНИЙ – 161
§ 1. Применение общих начал назначения наказания при совокупности преступлений – 61
§ 2. Обстоятельства, учитываемые судом при назначении наказания при совокупности преступлений – 166
§ 3. Специальные правила, предусмотренные при назначении наказания при совокупности преступлений – 173
§ 4. Правила назначения наказания по совокупности приговоров – 193