Агаев И.Б.
Проблема повторности в уголовном праве.
Monoqrafiya.
Moskva: «Юристъ» nəşriyyatı, 2004.
157 səhifə. 10 çap vərəqi.
Cinayətkarlıqla mübarizədə qanunçuluğun təmin edilməsi ictimai təhlükəliliyi yüksək olan cinayətlərin qarşısının səmərəli şəkildə alınmasından daha çox asılıdır. Məhz bu müstəvidə cinayətlərin təkrarlığı probleminin konkret cinayətlərlə müqayisədə daha böyük ictimai təhlükəliliklə və, nəticə etibarilə, təqsirkarın ictimai təhlükəlilik dərəcəsinin yüksək olması ilə səciyyələn təzahür kimi öyrənilməsinin aktuallığı artır. Bununla bağlı, sözügedən cinayətkar fəaliyyət forması ilə mübarizə sferasında həm qanunvericilik bazasının, həm də hüquq tətbiqetmə praktikasının təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Cinayət qanununda özünəməxsus struktura malik olan və öz ifadə üsulları ilə səciyyələnən təkrarlıq dayanıqlı cinayətkar əlaqələrin müəyyən olunmuş sistemidir. Şəxsin davranışında iki və ya daha artıq müstəqil cinayətlərin olması təkrarlığa cinayətlər çoxluğunun formalarından biri kimi baxmağa əsas verir.
Cinayətlər çoxluğunun forması kimi təkrarlıq onun bütün əlamətləri ilə səciyyələnir, belə ki, o, müstəqil cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu iki və ya daha çox əməlin törədilməsi nəticəsində yaranır. Bir neçə cinayətin törədilməsi faktı istənilən halda cinayətkarın şəxsiyyətinin daha təklükəli, cəmiyyətə zidd baxışlarının isə, daha dayanıqlı olmasından xəbər verir. İki və ya daha çox cinayət törətmiş şəxsdə cəmiyyətə qarşı mənfi, dayanıqlı münasibət formalaşır. Eyni, yaxud həmcins cinayətlərin törədilməsi isə, cinayəti daha təhlükəli edir, belə ki, şəxs cinayətkar təcrübə və peşəkarlıq əldə etmiş olur. Deyilənlər təkrarlığı hüquqi institut kimi formalaşıraraq, onun əsasını təşkil edir.
Müəllifin sözlərinə görə, hüquq ədəbiyyatında cinayətlərin təkrar törədilməsi məsələləri üzrə dəyərli müddəalar və tövsiyələr mövcuddur. Lakin bu müddəa və tövsiyələrin cinayət hüququ elminin və cinayətkarlıqla mübarizənin inkişafındakı şübhə doğurmayan dəyərliliyinə rəğmən, onlarda təkrarlığın hüquqi əlamətlərinin müəyyən edilməsi, təsnifatının əsasları, növlərinin müəyyən edilməsi, konkret cinayətlərdən fərqi, təkrarlıq zamanı cəza təyin edilməsi ilə bağlı bir çox həll olunmamış məsələlər mövcuddur. Ona görə də, müəllif hesab edir ki, müasir mərhələdə bu problemin bir çox digər problemlər kimi kompleks tədqiqata ehtiyacı vardır.
MÜNDƏRİCAT
ВВЕДЕНИЕ – 7
ГЛАВА 1
ЕДИНИЧНОЕ ПРЕСТУПЛЕНИЕ КАК СОСТАВНАЯ ЧАСТЬ ПОВТОРНОСТИ ПРЕСТУПЛЕНИЙ – 9
§ 1. Общее понятие преступления – 9
§ 2. Социальная сущность единичного преступления – 20
§ 3. Виды единичных преступлений – 26
ГЛАВА 2
УГОЛОВНО-ПРАВОВАЯ ХАРАКТЕРИСТИКА ПОВТОРНОСТИ КАК ВИДА
МНОЖЕСТВЕННОСТИ ПРЕСТУПЛЕНИЙ – 43
§ 1. Понятие множественности преступлений – 43
§ 2. Общее понятие повторности преступлений – 54
§ 3. Юридические признаки повторности преступлений – 62
§ 4. Место повторности преступлений в системе форм множественности преступлений – 72
ГЛАВА 3
КЛАССИФИКАЦИЯ ПОВТОРНОСТИ ПРЕСТУПЛЕНИЙ – 106
§ 1. Основания классификации повторности преступлений – 106
§ 2. Повторность неосторожных преступлений – 113
§ 3. Повторность умышленных преступлений – 123
§ 4. Преступный промысел – 131
ГЛАВА 4
НАЗНАЧЕНИЕ НАКАЗАНИЯ ПРИ ПОВТОРНОСТИ ПРЕСТУПЛЕНИЙ – 138
§ 1. Общие вопросы назначения наказания – 138
§ 2. Особенности назначения наказания при повторности преступлений – 147