Aghayev I.B.
Criminal law. The General part.
Dərslik.
Leypsiq: «Leypsiq Universitetinin nəşriyyatı», 2015.
360 səhifə. 35 çap vərəqi.
Cinayət hüququ hüququn müstəqil sahəsi, həmçinin dövlətin hüquqi sisteminin ayrılmaz hissəsidir. O, Cinayət-prosessual hüquqla və Cəza-icra hüququ ilə birgə eyni sahəvi kompleksə daxildir. Onun institut və normalarında dövlətin cinayət-hüquq siyasətinin əsas müddəaları təsbit edilir.
Bütün hüquq profilli ali təhsil müəssisələrində Cinayət hüququ əsas tədris fənnləri sırasına aid edilir. Onun təyinatı – tədqiqatçılara hər hansı bir əməl törətmiş şəxsin nəyə görə və necə cəzalandırılması barədə məlumat verilməsindən ibarətdir. Başqa sözlə desək, burada qanunun keşiyində olan orqanların fəaliyyətinin mühüm istiqamətindən, onun hüdudlarından və qaydalarından bəhs edilir.
Tədris fənni (dərk etmə obyekti) olaraq, Cinayət hüququ peşəkar hüquqşünasların hazırlanmasına istiqamətlənmişdir ki, onların da əsas funksiyası qanunun əsaslı şəkildə və vaxtlı vaxtında tətbiq edilməsindən ibarətdir. Belə olmadığı halda cinayətkarlıqla mübarizə öz dinamikliyini itirə bilər.
Cinayət hüququ fənninin 3 əsas məqsədi vardır: ümumtəhsil, hüquqşünaslıq və praktiki.
Bu kursun ümumtəhsil əhəmiyyəti tələbələrin, yəni gələcək hüquqşünasların ümumixtisas və ümummədəniyyət səviyyəsinin artırılması zərurəti ilə əlaqədardır. Kursun hüquqşünaslıq məqsədi dedikdə, Cinayət hüququnun predmeti, metodu, sistemi, vəzifələri və prinsipləri; cinayət qanunu; cinayətin anlayışı və növləri; cinayət tərkibi və onun elementləri; cinayət məsuliyyəti; cinayətin edilmə mərhələləri və onda iştirakçılıq; cinayətlər çoxluğu və onun formaları; əməlin cinayət olmasını aradan qaldıran hallar; cəzanın məqsədləri və növləri, onun təyin edilməsi və ondan azad etmə; yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti; tibbi xarakterli məcburi tədbirlər; cinayətlərin tövsifinin əsasları; konkret cinayətlərin tövsif edilməsi qaydası barədə nəzəri biliklərin dərinləşdirilməsi məqsədi başa düşülür. Kursun praktiki rolu cinayət-hüquq institutlarının və cinayət-hüquqi tənzimləmə metodlarının, onların pozitiv və neqativ cəhələrinin tədqiq edilməsi ilə əlaqədardır ki, bu cəhətlər də müxtəlif şəraitlərdə müxtəlif cür dəyişə bilər: pozitiv cəhətlər neqativ nəticələrə səbəb ola bilər və əksinə. Cinayət hüququ nəzəriyyəsinin və praktikasının dərindən mənimsənilməsi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi prosesində öz bəhrəsini verə bilər.
Təqdim olunan dərslik Azərbaycan hüquq elminə qiymətli töhfədir. Belə ki, artıq bir neçə ildir Azərbaycan Respublikasının təhsil müəssisələrinin hüquq fakültələrində ingilis bölmələri fəaliyyət göstərir. Lakin bununla belə, ən mühün hüquq sahələrindən biri hesab edilən cinayət hüququ üzrə dərslik ingilis dilində indiyə qədər çap edilməmişdir. Bu isə, istər ingilis dilində təhsil alan tələbələr, istərsə də müəllimlər üçün böyük çətinliklər yaradır. Sözügedən əsərin buraxılması zərurəti həm tədris prosesinin mənafelərindən, həm də Azərbaycan Respublikasının cinayət-hüquq siyasətində, cəmiyyətin hüquqi təfəkküründə baş verən əhəmiyyətli dəyişikliklərdən irəli gəlir. Onu da qeyd etmək istərdik ki, təqdim etdiymiz dərslik Azərbaycan hüquq elmi tarixində ingilis dilində yazılmış ilk dərslikdir.
Sözügedən əsərin strukturu Azərbaycan Respublikasının 1999-cu ildə qəbul edilmiş Cinayət Məcəlləsinə uyğundur. Məcəllənin qəbul edilməsindən sonra on beş il ərzində ona siyasətdə, iqtisadiyyatda və hüquqda baş verən köklü islahatları, insan hüquq və azadlıqlarının qorunması və ümumbəşəri dəyərlərin prioritetliyi sferasında Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının reallaşmasını əks etdirən əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. Bütün bunlar Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin ölkənin siyasi, iqtisadi və sosial həyatının inkişafına uyğun şəkildə təkmilləşdirilməsinin dinamikliyini bir daha təsdiq edir. Kitabda qüvvədə olan Cinayət Məcəlləsinə edilmiş bütün dəyişikliklər nəzərə alınmışdır ki, bu da oxuculara cinayət qanunvericiliyinin və Cinayət hüququ elminin problemlərini, habelə cinayət-hüquqi baxışların təkamül prosesini daha dərindən dərk etməyə imkan yaradır.
Dərsliyin materialı doqquz bölmədə təqdim edilmişdir. Hər bir bölmə Cinayət hüququnun mahiyyətini müstəqil hüquq sahəsi kimi əks etdirir.
Birinci bölmə Azərbaycan Respublikasının cinayət-hüquq siyasətinin anlaşılma aparatına, metodlarına, mənbələrinə və konstitusiya əsaslarına aid edilir. Belə ki, Cinayət hüququnu tədqiq edənlər üçün bu sahənin, təməli hüquq doktrinası və Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyulmuş konseptual əsaslarını başa düşmək çox əhəmiyyətlidir.
Kitabın ikinci bölməsi Cinayət hüququnun ən vacib, hakim institutuna — cinayət tərkibinə həsr edilmişdir. Onun mahiyyətini dərindən anlamadan Cinayət hüququnu mənimsəmək mümkün deyil. Cinayət tərkibinin tədqiq edilməsinin qanunçuluğa ciddi əməl olunması baxımından da böyük əhəmiyyəti vardır.
Üçüncü bölmə cinayətin edilmə mərhələlərinin və onda iştirakçılığın, dördüncü — cinayətlər çoxluğunun, beşinci — əməlin cinayət olmasını aradan qaldıran halların, altıncı — cəzanın və onun təyin edilməsinin, yeddinci — cinayət məsuliyyətindən və cəzadan azad etmənin, səkkizinci — yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin, doqquzuncu — cinayət-hüquqi xarakterli digər tədbirlərin xüsusiyyətlərini müəyyən edir.
Əsər müəllifin 2000—2014-cu illərdə Bakı Dövlət Universitetinin «Hüquq» və «Beynəlxalq hüquq və beynəlxalq münasibətlər» fakültələrində oxuduğu mühazirə mətnlərinin əsasında hazırlanmışdır. Kitabın materialları cinayət-hüquqi problemlərin tədqiqatının elmi-pedaqoji və praktiki təcrübəsinə əsaslanır. Burada cinayət-hüquqi tənzimlənmə ilə bağlı müxtəlif qanunvericilik sahələrinin normalarının inkişafının nəticələrini ümumiləşdirmək vəzifəsi qoyulmuşdur ki, bu da onlardan gələcəkdə hüquqtətbiqetmə praktikasında istifadə edilməsi məqsədini daşıyır. Aparılmış təhlilin əsas məqsədlərindən biri Cinayət hüququ məsələlərin yeni sosial-hüquqi kontekstdə işlənilməsidir.
Təqdim olunan dərslik Cinayət hüququnun hərtərəfli öyrənilməsinin və ali məktəblərdə tədris edilməsinin mükəmməl bazasını təşkil edə bilər.
Onu da qeyd etmək vacibdir ki, bu dərslik xarici ölkələrdə müqayisəli-hüquqşünaslıq nöqteyi-nəzərindən aparılacaq elmi tədqiqatlar üçün əhəmiyyətli elmi mənbə ola bilər.
Müəllif ümidvardır ki, sözügedən əsər diqqətli oxucu üçün maraqlı olduğu qədər də, faydalı olacaq.
MÜNDƏRİCAT
INTRODUCTION – 15
I TITLE
THE CONCEPT OF CRIMINAL LAW
CHAPTER 1
ESSENCE, TASKS AND PRINCIPLES OF CRIMINAL LAW – 19
§ 1. Essence of Criminal law – 19
§ 2. Tasks and functions of Criminal law – 22
§ 3. Criminal law principles – 25
CHAPTER 2
CRIMINAL STATUTE – 30
§ 1. The concept of criminal statute – 30
§ 2. The structure of criminal statute – 32
§ 3. Operation of criminal statute as to time. Retroactive force of the criminal statute – 36
§ 4. Operation of criminal statute in space. Extradition of offenders – 37
CHAPTER 3
THE CONCEPT OF CRIME – 40
§ 1. The essence of a crime – 40
§ 2. Signs of a crime – 43
§ 3. The categories of crimes – 45
II TITLE
CORPUS DELICTI
CHAPTER 4
THE CONCEPT OF CORPUS DELICTI – 49
§ 1. General notion of corpus delicti – 49
§ 2. Signs of corpus delicti – 51
§ 3. Classification of corpus delicti – 54
§ 4. Corpus delicti as an exclusive ground for criminal responsibility – 58
§ 5. Corpus delicti as an exclusive instrument for qualification of crimes – 64
CHAPTER 5
THE OBJECT OF CRIME – 71
§ 1. The concept of the object of crime – 71
§ 2. Classification of the objects of crimes – 73
§ 3. The matter of crime and victim of crime – 77
§ 4. Significance of the object of crime – 80
CHAPTER 6
THE OBJECTIVE ASPECT OF CRIME – 83
§ 1. The concept of the objective aspect of crime – 83
§ 2. Socially dangerous act – 86
§ 3. Socially dangerous consequences – 90
§ 4. Causal link between socially dangerous act and socially dangerous consequences – 95
§ 5. Facultative signs of the objective aspect of crime – 98
§ 6. Significance of the objective aspect of crime – 103
CHAPTER 7
THE SUBJECTIVE ASPECT OF CRIME – 106
§ 1. The concept and importance of the subjective aspect of crime – 106
§ 2. The concept of guilt – 108
§ 3. Form of guilt – 112
§ 4. Intention and its types – 114
§ 5. Negligence and its types – 120
§ 6. Crimes with two forms of guilt – 124
§ 7. Innocent infliction of harm – 126
§ 8. The motive and purpose of crime – 128
§ 9. The emotional state of the person committing a crime – 132
§ 10. Mistake and its types – 134
CHAPTER 8
THE SUBJECT OF CRIME – 141
§ 1. The concept of the subject of crime – 141
§ 2. Age criterion of the subject of crime – 143
§ 3. Sanity – 145
§ 4. Criminal responsibility of persons with mental derangement within sanity – 147
§ 5. Insanity – 150
§ 6. Influence of alcoholic and narcotic intoxication on criminal responsibility – 156
§ 7. Special subject of crime – 160
§ 8. Subject of crime and personality of criminal – 163
III TITLE
STAGES OF COMMITTING A CRIME. COMPLICITY IN A CRIME
CHAPTER 9
STAGES OF COMMITTING A CRIME – 167
§ 1. The concept of the stages of committing a crime – 167
§ 2. Preparation for a crime – 168
§ 3. Attempt to commit a crime – 169
§ 4. Complete crime – 171
§ 5. Voluntary refusal from committing a crime – 173
CHAPTER 10
COMPLICITY IN A CRIME – 176
§ 1. The concept and signs of complicity in a crime -§ 176
§ 2. Forms of complicity in a crime – 178
§ 3. Types of accomplices of a crime – 181
§ 4. Responsibility of the accomplices of a crime – 184
IV TITLE
MULTIPLICITY OF CRIMES
CHAPTER 11
THE CONCEPT OF THE MULTIPLICITY OF CRIMES – 189
§ 1. The unified crime – 189
§ 2. The essence and juridical signs of the multiplicity of crimes – 194
CHAPTER 12
REPETITION OF CRIMES – 197
§ 1. The concept and features of repetition of crimes – 197
§ 2. Simple repetition of crimes – 200
§ 3. Criminal trade – 202
CHAPTER 13
CUMULATIVE CRIMES – 205
§ 1. The concept and signs of cumulative crimes – 205
§ 2. Real cumulation – 207
§ 3. Ideal cumulation – 208
§ 4. Competition of penal norms – 210
CHAPTER 14
RECIDIVISM OF CRIMES – 214
§ 1. The concept and signs of the recidivism of crimes – 214
§ 2. Types of the recidivism of crimes – 217
V TITLE
CIRCUMSTANCES EXCLUDING СRIMINALITY OF A DEED
CHAPTER 15
FEATURES OF CIRCUMSTANCES EXCLUDING СRIMINALITY OF A DEED – 223
§ 1. Necessary defence – 223
§ 2. The infliction of harm on detained person, who has committed a crime – 227
§ 3. Extreme necessity – 230
§ 4. Justified risk – 232
§ 5. Execution of order or instruction – 234
VI TITLE
PUNISHMENT AND ITS IMPOSITION
CHAPTER 16
THE CONCEPT AND SYSTEM OF PUNISHMENTS – 237
§ 1. The concept and purposes of punishment – 238
§ 2. The concept of the system of punishments – 242
§ 3. Fine – 246
§ 4. Deprivation of the right to hold certain offices or practice certain activities – 248
§ 5. Community service – 250
§ 6. Correctional labour – 253
§ 7. Deprivation of liberty – 257
§ 8. Punishments, applied only as additional – 260
§ 9. Punishments, applied to military personnel – 263
CHAPTER 17
IMPOSITION OF PUNISHMENT – 267
§ 1. General principles for imposition of punishment – 267
§ 2. Circumstances mitigating and aggravating punishment. Imposition of a milder punishment, than provided for a certain crime – 273
§ 3. Imposition of punishment for preliminary and joint criminal activities – 278
§ 4. Imposition of punishment for multiplicity of crimes not involving the previous conviction of the perpetrator – 281
§ 5. Imposition of punishment for recidivism of crimes – 284
VII TITLE
RELEASE FROM CRIMINAL RESPONSIBILITY AND PUNISHMENT
CHAPTER 18
RELEASE FROM CRIMINAL RESPONSIBILITY – 287
§ 1. The concept and grounds for release from criminal responsibility – 287
§ 2. Release from criminal responsibility due to active repentance – 289
§ 3. Release from criminal responsibility due to reconciliation with the victim of crime – 291
§ 4. Release from criminal responsibility due to change in situation – 293
§ 5. Release from criminal responsibility due to expiration of limitation period – 295
CHAPTER 19
RELEASE FROM PUNISHMENT – 297
§ 1. The concept and grounds for release from punishment – 297
§ 2. Conditional early release from the punishment and replacing the unserved term of the punishment with a milder one – 301
§ 3. Release from punishment due to illness – 305
§ 4. Suspended punishment for pregnant women and persons with infants – 308
§ 5. Release from punishment due to expiration of the limitation period of the judgement – 311
§ 6. Conditional conviction – 312
CHAPTER 20
AMNESTY, PARDON, CONVICTION – 318
§ 1. Amnesty – 319
§ 2. Pardon – 320
§ 3. Conviction – 324
VIII TITLE
CRIMINAL RESPONSIBILITY OF JUVENILES
CHAPTER 21
FEATURES OF THE CRIMINAL RESPONSIBILITY AND PUNISHMENT OF JUVENILES – 329
§ 1. Criminal responsibility and punishment of juveniles – 329
§ 2. Release of juveniles from criminal responsibility and punishment – 332
IX TITLE
OTHER MEASURES OF PENAL NATURE
CHAPTER 22
FEATURES AND TYPES OF OTHER MEASURES OF PENAL NATURE – 337
§ 1. Compulsory measures of medical nature – 337
§ 2. Special confiscation – 344
§ 3. Penal measures applied to legal entities – 348