Aghayev I.B.
Encroachments on the established order for foreign economic activity.
«Бизнес в законе» hüquq jurnalı.
Moskva, 2016, № 1, s. 370—373. 0,4 çap vərəqi.
Xarici iqtisadi fəaliyyətin müəyyən olunmuş qaydasına qəsd edən cinayətlər iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlər sisteminə daxildir. Bu cinayətlərin qarşısını alınması üçün nəzərdə tutulmuş cinayət-hüquq normalarının müddəaları qanuni sahibkarlıq fəaliyyətinin, əmtəə-pul sistemi üzərində dövlət inhisarının, malların və xidmətlərin istehlakçılarının hüquqlarının, habelə Rusiya Federasiyasında müəyyən edilmiş gömrük və vergi münasibətlərinin qorunmasına yönəldilmişdir. Sözügedən cinayətlərin növ obyektini iqtisadi fəaliyyət sahəsində, yəni maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sferalarında yaranan maraqlar təşkil edir. Bilavasitə obyekt qismində iqtisadiyyatın müəyyən sahəsi ilə və ya konkret iqtisadi münasibətlə bağlı olan maraqlar çıxış edə bilər.