Агаев И.Б.
Форма вины как критерий классификации повторности преступлений.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2009, № 1, s. 127—129. 0,5 çap vərəqi.
Məqalə təqsirin formasının cinayətlərin təkrar törədilməsinin (təkrarlığın) təsnifatındakı roluna həsr edilmişdir. Təqsirin forması onun məzmununu əmələ gətirən psixi elementlərin nisbəti ilə, yəni cinayət törətmiş şəxsin psixikasında baş verən intellektual və iradəvi proseslərin intensivliyindəki və müəyyənliyindəki fərqlərlə təyin edilir. Məqalədə təqsirin forması anlayışı açıqlanır. Müəllif cinayətlərin təkrar törədilməsinin təsnifatında təqsirin formasının nəzərə alınmasını vacib hesab edərək qeyd edir ki, təkrarlığın belə təsnifatı onun bütövlükdə ictimai təhlükəliliyinin qiymətləndirilməsi, törədilmiş cinayətlərə görə cəzanın təyin edilməsi, habelə cinayətkarların tipologiyasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.