Агаев И.Б.
Юридические признаки повторности преступлений.
«Уголовное право» hüquq jurnalı.
Moskva, 2005, № 4, s. 4—7. 0,5 çap vərəqi.
Cinayətlərin təkrar törədilməsi (təkrarlıq) cinayət hüququnun mürəkkəb problemlərindən biridir. Məqalədə onun aşağıdakı hüquqi əlamətləri müəyyən edilir: təkrarlıq şəxsin iki və ya daha artıq cinayət törətdiyi zaman yaranır; təkrarlıq yalnız eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır; cinayətləri təkrar törətmiş şəxsin cinayətlərdən heç birinə görə məhkumluğu olmamalıdır; təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini nəzərdə tutur; törədilmiş iki cinayətdən birinə görə cinayət-hüququ nəticələri istisna edən halların olduğu halda, təkrarlıq mövcud ola bilməz. Sonra sözügedən hüquqi əlamətlər ayrılıqda ətraflı şəkildə nəzərdən keçirilir.