Агаев И.Б.
О случаях совершения лицом нескольких преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti.«Azərbaycan və Azərbaycanlılar» jurnalı.
Bakı, 2004, s. 105—123. 2 çap vərəqi.
Məqalədə şəxs tərəfindən bir neçə cinayət törədilməsi hallarının, yəni cinayətlər çoxluğunun özəllikləri açıqlanır. Qeyd olunur ki, şəxs tərəfindən bir neçə cinayətin törədilməsi təqsirkarın şəxsiyyətinin cəmiyyətə zidd yönümündən, onda qanunlara riayət etmək arzusunun olmamasından xəbər verərək, həm ayrı-ayrı vətəndaşlara, həm də bütövlükdə dövlətə böyük mənəvi, fiziki və ya maddi ziyan vurur. Çoxdəfəli cinayətkar fəaliyyət zamanı şəxsdə cinayət qanunu ilə mühafizə olunan maraqlara dayanıqlı mənfi münasibətin formalaşması barədə müddəa əsaslandırılır. Müəllifin fikrincə, bu, mənəvi cəhətdən qeyri-sabit olan vətəndaşlara mənfi təsir göstərərək, onlarda cəzasız olaraq cinayət törətməyin mümkünlüyü haqqında xəyallar doğurur və cinayətkarlığın artmasının əsas şərti olur. Daha sonra tövsiyə olunur ki, cinayətlər çoxluğu dedikdə, şəxsin törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, habelə törədilmiş cinayətlərdən heç olmasa ikisinə görə cinayət-hüquqi nəticələri istisna edən halların olmadığı halda, onun tərəfindən müstəqil cinayət tərkibi əlamətlərinin mövcud olduğu iki və ya daha artıq cinayətin törədilməsini başa düşmək lazımdır.