Агаев И.Б.
Совершение лицом двух или более преступлений как юридический признак рецидива преступлений.
Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları.
Bakı, 1999, s. 49—51. 0,3 çap vərəqi.
Məqalə cinayətlərin residivinin hüquqi əlamətlərindən birinə — şəxs tərəfindən iki və ya daha çox cinayət törədilməsinə həsr olunmuşdur. Qeyd olunur ki, sonradan törədilmiş cinayət təqsirin formasına görə əvvəlki cinayətlə həm üst-üstə düşə, həm də düşməyə bilər. Törədilmiş cinayətlərin ağırlığı və xarakteri, habelə cəzanın növü və həddi residivin olması üçün əhəmiyyət kəsb etmir. Törədilmiş cinayətlərin xarakteri və ağırlığı, cəzanın növü və həddi residivin ictimai təhlükəlilik dərəcəsini, residivistin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərək, residivistlərin qruplara bölünməsinin əsasını təşkil edir. Daha sonra cinayətlərin residivinin cinayətin törədildiyi vaxt şəxsin hansı rolu yerinə yetirməsindən, habelə cinayətkar fəaliyyətin hansı mərhələdə başa çatmasından asılı olmayaraq yaranması barədə müddəalar əsaslandırılır.