Aghayev I.B.
Crimes encroaching on the authority of government and inviolability of the State Border of the Russian Federation.
«Пробелы в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2017, № 1, s. 252—259. 0,7 çap vərəqi.
Məqalədə qeyd olunur ki, dövlət hakimiyyətinin nüfuzuna və dövlət sərhədinin toxunulmazlığına qəsd edən əməllər idarəetmə qaydası əleyhinə olan cinayətlər sisteminə daxil olan cinayətlər qrupudur. İdarəetmə qaydası əleyhinə olan cinayətlər – dövlət hakimiyyəti və yerli özünüudarə orqanlarının idarəetmə fəaliyyətinə, bu orqanların normal fəaliyyətinə mane olan əməllərdir. Bu çox vaxt vətəndaşların hüquqlarının pozulması ilə nəticələnir. İdarəetmə qaydasına qəsd etməyə görə sərt məsuliyyət tədbirləri müəyyən edərkən, qanunverici idarə edən subyektlərlə (vəzifəli şəxslər, idarəetmə orqanları) idarə olunan subyektlər (vətəndaşlar və təşkilatlar) arasında yaranan münasibətlərin normal həyata keçirilməsini təmin etmək məqsədi güdür. Müəllif daha sonra Rusiya Federasiyasının Dövlət sərhədinə qəsd edən cinayətləri nəzərdən keçirir. Qeyd olunur ki, dövlət sərhədi dedikdə, dövlət ərazisinin hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səth başa düşülür.