Aghayev I.B.
Prevention of encroachments on material and other benefits of consumers under Russian criminal legislation.
«Проблемы экономики и юридической практики» hüquq jurnalı.
Moskva, 2017, № 5, s. 172—179. 0,7 çap vərəqi.
Məqalə istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyəti tənzimləyən cinayət-hüquq normalarına həsr olunub. Qeyd olunur ki, müqavilə bağlamağa məcbur etmə yol verilməzdir, lakin onun bağlanılmasının qanunla və ya könüllü öhdəliklə nəzərdə tutulduğu hallar istisnadır. Zorakılıq və ya təhdidin təsiri altında bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bunun ardınca əsaslandırılır ki, əqli fəaliyyət nəticəsində və ya fərdiləşdirmə vasitəsi ilə müstəsna hüquqa sahib olan vətəndaş və ya hüquqi şəxs belə bir nəticə və ya belə vasitədən qanunla zidd olmayan istənilən şəkildə öz mülahizəsinə əsasən istifadə edə bilər. Müəllifin razılığı olmadan onun əqli fəaliyyətinin nəticəsindən və ya fərdiləşdirmə vasitəsindən istifadə qanunsuzdur. Daha sonra müəllif dövlət əyar damğalarının hazırlanması və istifadəsi, kommersiya, vergi və ya bank sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi və ya yayılması qaydalarının pozulması formalarını təhlil edir. Nəticədə o, çoxmənzilli yaşayış binalarının və digər daşınmaz əmlak obyektlərinin tikintisində pay bölgüsü ilə bağlı qanunvericiliyin tələblərinin pozulması zamanı vətəndaşların pul vəsaitlərinin cəlb edilməsinə görə cinayət məsuliyyəti məsələlərini nəzərdən keçirir.