Aghayev I.B.
Confiscation of property under Russian criminal legislation.
«Пробелы в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2016, № 8, s. 438—441. 0,3 çap vərəqi.
Hazırda cinayət qanunu elmi azadlıqdan məhrumetmə ilə bağlı olmayan tədbirlərin qanunvericilikdə təsbiti və inkişafına üstünlük verir. Belə tədbirlər arasında iqtisadi cinayətkarlığın qarşısının alınması üçün effektiv bir vasitə kimi qəbul edilən müsadirə xüsusi yer tutur. Müsadirə olmadıqda, cinayətkarlığa, xüsusən də terrorizm, mütəşəkkil, tamah və ya korrupsiya cinayətkarlığına, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizə tədbirləri sisteminin səmərəli olmasından söhbət gedə bilməz. Məhz buna görə də, sözügedən əməllərə qarşı mübarizəyə həsr olunmuş bir sıra beynəlxalq-hüquqi aktlar müsadirəni xəbərdaredici tədbirlər sisteminin vacib elementlərindən biri kimi qəbul edirlər.