Агаев И.Б.
Некоторые вопросы наказуемости рецидивистов.
Gənc alimlərin V Respublika elmi konfransının materialları.
Bakı, 2000, s. 24—28. 0,4 çap vərəqi.
Məqalədə cinayətlər residivinin cəzalandırılmasının bəzi məsələlərinə qısa şəkildə toxunulur. Qeyd olunur ki, cinayət cəzası cinayətlərin residivi ilə mübarizənin mühüm vasitələrindən biridir. Cəza təyin edərkən, məhkəmə residivistləri adi cinayətkarlardan fərqləndirməlidir. Residivistlərə tətbiq edilən cəzanın məqsədəuyğun, effektiv və törədilmiş əməllərə uyğun olması barədə müddəa əsaslandırılır. Residivistə düzgün cəza təyin edilməsi onun tez islah olunmaslına köməklik edərək, nəinki onun tərəfindən yeni cinayətlər törədilməsinin, habelə bütövlükdə cinayətlərin residivinin qarşısını alır. Müəllifin sözlərinə görə, residivistlərin cinayətkar fəaliyyəti cəzasızlıq ümidlərinə əsaslanır, belə ki, onlar bir deyil, iki və daha artıq cinayətlərə görə məhkum olunurlar və, nəticə etibarilə, onlara cəza təyin edilməsi özünəməxsus xüsusiyyətlərə malikdir.