Агаев И.Б.
Проблема рецидива и совершенствование уголовного законодательства Азербайджанской Республики.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr edilmiş Ümumrespublika elmi konfransının materialları.
Bakı, 1999, s. 7—9. 0,3 çap vərəqi.
Müəllif Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə «sadə residiv» və «təhlükəli residiv» anlayışlarının daxil edilməsini təklif edir. Sonra onun tərəfindən belə bir müddəa əsaslandırılır ki, əgər cinayət qanunvericiliyində «sadə residiv», «təhlükəli residiv» və «xüsusilə təhlükəli residiv» anlayışları təsbit olunarsa, cinayətlərin residivinin təsnifatı daha tamamlanmış və birmənalı olar. Müəllifin sözlərinə görə, sözügedən anlayışların qanuna daxil edilməsi residivistlərin məsuliyyətinin fərdiləşdirilməsi maraqlarına cavab verərək, xüsusilə təhlükəli residivin qarşısının alınmasına köməklik edə bilər. Sadə və təhlükəli residivistlər barəsində xüsusilə təhlükəli residivistlərlə müqayisədə daha yüngül, digər cinayətkarlarla müqayisədə isə — daha ciddi sanksiyalar nəzərdə tutulmalıdır.