Агаев И.Б.
Совокупность преступлений, учтенная законодателем по умолчанию.
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Hüquq elminin müasir problemləri» Beynəlxalq konfransının materialları.
Bakı, 2010, s. 155—163. 0,8 çap vərəqi.
Məqalədə qanunverici tərəfindən ixtiyari olaraq nəzərə alınmış cinayətlər məcmusunun xüsusiyyətləri açıqlanır. Bir çox cinayət tərkiblərinin öz-özlüyündə cinayət hesab edilən əməlləri ehtiva etməsi barədə müddəa əsaslandırılır. Bu zaman bir hərəkət digər bir cinayətin edilmə üsulu və ya vasitəsi qismində çıxış edə biləcəyi halda, qanunverici tərəfindən bu qisimdə birbaşa nəzərdə tutulmur. Müəllifin sözlərinə görə, belə hallarda söhbət ümumi və xüsusi normaların qarşılıqlı münasibətindən deyil, özündə müstəqil tərkib kimi səciyyələnən hissəni ehtiva edən mürəkkəb tərkibdən gedir. Bu zaman ixtiyari olaraq nəzərə alınmış məcmunun müəyyən edilməsi yalnız cinayət qanununun şərhi ilə mümkündür. Sözügedən hallar hüquq ədəbiyyatında və praktikada müxtəlif fikirlərin yaranmasına səbəb olur.