Aghayev I.B.
Criminalization of acts infringing the established order for implementation of business activity under modern conditions.
«Проблемы экономики и юридической практики» hüquq jurnalı.
Moskva, 2017, № 1, s. 149—154. 0,5 çap vərəqi.
Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatının ümumi qaydası və şərtləri «Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı haqqında» Rusiya Federasiyasının 8 avqust 2001-ci il tarixli 129-FZ saylı Qanunu ilə müəyyən edilir. Sözügedən qanun dövlət qeydiyyatını hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ya ləğvi, fiziki şəxslərin fərdi sahibkar statusu əldə etməsi, fərdi sahibkarlıq fəaliyyətinin dayandırılması barədə məlumatların dövlət reyestrlərinə daxil edilməsi vasitəsilə həyata keçirilən səlahiyyətli federal icra hakimiyyəti orqanlarının aktları kimi müəyyən edir. Təqdim olunan məqalə sahibkarlıq fəaliyyətinə qəsd edən əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutan yeni normalara həsr edilmişdir.