Агаев И.Б.
Судимость как обязательная предпосылка при определении рецидива преступлений.
Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.
Bakı, 2004, № 1–2, s. 43—51. 0,8 çap vərəqi.
Məqalə cinayətlərin residivinin hüquqi əlamətlərindən biri olan məhkumluğa həsr edilmişdir. Məqalədə məhkumluğun yaranma vaxtına, götürülməsinə, ödənilməsinə, cinayətlərin residivi ilə işdə məhkumluq institutunun roluna dair məsələlər nəzərdən keçirilir. Qeyd olunur ki, məhklumluq dedikdə, artıq dövlət tərəfindən cəzalandırılmış və bu faktdan nəticə çıxarmalı olan şəxsdən bəhs edilir. Əgər bir neçə cinayət törətmiş şəxs heç vaxt məhkum olunmamışdırsa, bu halda heç kim həmin şəxsin ona cinayət cəzası tətbiq edilməsinə necə reaksiya verəcəyini əvvəlcədən görə bilməz. Birinci belə təsir nəticəsində cinayət törətmiş şəxsin öz xarakterindəki cəmiyyətə zidd baxış və vərdişlərdən azad olunacağı, bir daha cinayət törətməyəcəyi və ictimai təklükəli olmayacağı ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Buna görə də, bir neçə cinayət törətmiş və məhkumluqla rastlaşmamış şəxsi residivist hesab edərək, ona inamsızlıq göstərmək ədalətsizliyə gətirib çıxara bilər. Sözügedən məqalədə, bununla yanaşı, cinayətlərin residivinin anlayışı açıqlanır, hüquqşünas-alimlərin fikirləri təhlil edilir, tədqiq olunan məsələlərə münasibət bildirilir və bunların da əsasında tövsiyələr verilir.