Агаев И.Б.
О видах единичных преступлений.
«Qanun» hüquq jurnalı.
Bakı, 2004, № 4, s. 59—63. 0,5 çap vərəqi.
Məqalədə konkret cinayətlərin növlərə bölünməsinin əsasları və növlərin mahiyyəti müəyyən olunur. Qeyd edilir ki, konkret cinayətlər öz əlamətlərinə görə çox müxtəlif olur. Onların bir qismi sadədir və konkretliyinin müəyyən edilməsi zamanı şübhə yaranmır. Əsasında bir neçə cinayətkar hərəkətin və ya nəticənin dayandığı digər qisim konkret cinayətlər isə, mürəkkəbdir. Müəllifin sözlərinə görə, konkret cinayətlərin təsnifatının praktiki əhəmiyyəti onların cinayətlər çoxluğu ilə qarışıq salınmasının qarşısını almaqdan ibarətdir. Sonra isə, konkret cinayətlərin bütün növləri ətraflı təhlil olunur.