Агаев И.Б.
Идеальная совокупность и единичное преступление.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2005, № 1, s. 111—115. 0,5 çap vərəqi.
Cinayətlərin ideal məcmusu tez-tez konkret cinayətlərlə qarışıq salınır. Konkret cinayətləri və ideal məcmunu yaradan cinayət əməlləri eyni vaxtda törədilir. Bu zahiri oxşarlıq ideal məcmunun sosial-hüquqi təbiətinin anlaşılmasında müəyyən çətinliklər yaradır. Məqalədə qeyd olunur ki, cinayətlərin ideal məcmusu zamanı şəxs tərəfindən bir ictimai təhlükəli əməllə iki və ya daha çox müxtəlif obyektlərə vurulmuş cinayətkar nəticələr bir cinayət-hüquq norması ilə əhatə olunmur. Bundan fərqli olaraq, konkret cinayətin törədildiyi zaman şəxs tərəfindən vurulmuş nəticələr kompleksi bir normanın altına düşür.