Aghayev I.B.
Socially dangerous act.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 4, s. 82—87. 0,5 çap vərəqi.
Sözügedən məqalədə ictimai təhlükəli əməl və onun növlərindən bəhs edilir. Müəllif qeyd edir ki, cinayət hüququnda əməl dedikdə, insanın xarici aləmdə sosial əhəmiyyətli dəyər, maraq və sərvətlərə zərər vuran təqsirli (şüurlu), ictimai təhlükəli, fəal (hərəkətlə) və ya passiv (hərəkətsizliklə) davranışının təzahürü başa düşülür. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti və onun əsas tərkib hissəsi kimi ictimai təhlükəli əməl cinayət tərkibinin sözügedən elementinin qalan əlamətlərini müəyyənləşdirir və əlaqələndirir. Məhz ictimai təhlükəli əməl ictimai təhlükəli nəticələr doğurur, müəyyən üsulla, alət və vasitələr istifadə edilməklə müəyyən yerdə törədilir. Əməl insan davranışıdır. Bəzi hallarda cinayət qanunu hansı insan davranışının, əməlinin cinayətkar olduğunu təsvir edir. Başqa hallarda isə əməl cinayət hüquq normasının dispozisiyasında təsviri mümkün olmayan müxtəlif əməllərlə təmsil olunur.