Aghayev I.B.
Causal link between socially dangerous act and socially dangerous consequences.
«Qanun» hüquq jurnalı.
Bakı, 2015, № 5, s. 29—33. 0,5 çap vərəqi.
Sözügedən məqalədə ictimai təhlükəli əməl və ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqədən bəhs edilir. Müəllif qeyd edir ki, fəlsəfə elminin fundamental müddəalarına əsaslanan cinayət hüququ elmi səbəbli əlaqənin cinayət-hüquqi anlayışını işləyib hazırlamışdır. Səbəbli əlaqə dedikdə, bu elmdə iki hadisə arasındakı əlaqəni başa düşmək lazımdır. Bu hadisələrdən biri — insanın hərəkəti (hərəkətsizliyi) daxili zərurət nəticəsində başqa bir hadisəni — nəticəni doğurur. Bunların arasında səbəbli əlaqənin olması о deməkdir ki, əgər əməl olmasaydı, nəticə də olmazdı. Bu zaman şəxsin hərəkəti (hərəkətsizliyi) qanunda göstərilmiş hərəkətin (hərəkətsizliyin) xarakterinə uyğun gəldiyi, zamana görə nəticədən əvvəl gəldiyi, nəticənin baş verməsi üçün zəruri şərt olduğu və onun baş verməşinin real imkanını təcəssüm etdirdiyi, qanunauyğun şəkildə, hadisələrin müəyyən axarı üçün kənar olan qüvvələrin təsiri olmadan ictimai təhlükəli nəticə doğurduğu hallarda nəticənin səbəbi kimi qəbul oluna bilər.