Агаев И.Б.
О понятии повторности преступлений.
Moskva Dövlət Hüquq Akademiyasının Kirov filialının elmi əsərlər toplusu.
Kirov, 2003, № 8, s. 32—36. 0,4 çap vərəqi.
Məqalə cinayətlər çoxluğunun formalarından biri olan cinayətlərin təkrar törədilməsinə (təkrarlığa) həsr edilmişdir. Qeyd olunur ki, təkrarlıq cinayətlər çoxluğunun ən mürəkkəb formasıdır. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətində törədilmiş cinayətlərin hüquqi cəhətdən yanlış qiymətləndirilməsinə gətirib çıxaran ziddiyyətlər və fikir ayrılıqları yaranır ki, bu da qeyri-adekvat cəzaların təyin edilməsi ilə nəticələnir. Səhvlərə, adətən təkrarlığın və residivin, təkrarlığın və məcmunun qarşılıqlı əlaqəsinin başa düşülməsində yol verilir. Bununla əlaqədar olaraq, müəllif cinayətlərin təkrar törədilməsi anlayışının, onun sosial mahiyyətinin, hüquqi əlamətlərinin və növlərinin, habelə cinayətlər çoxluğunun digər formaları ilə qarşılıqlı əlaqəsinin aydınlaşdırılmasını zəruri hesab edir. Bütün bunlar eyni və ya oxşar sosial əhəmiyyətli dəyər, maraq və ya sərvətlər əleyhinə yönələn cinayətləri mütəmadi olaraq törədən şəxslərlə məqsədəyönlü mübarizə aparmağa köməklik edir.