Агаев И.Б.
Основания определения опасного рецидива преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri.
Bakı, 2003, № 5–6, s. 243—250. 0,6 çap vərəqi.
Məqalə cinayətlərin residivinin bir növünə — təhlükəli residivə həsr olunmuşdur. Qeyd olunur ki, təhlükəli residiv məhkumluğu olan və cəzasını tam və yaxud qismən çəkmiş şəxs tərəfindən yenidən cinayət törədilməsi ilə səciyyələnir. Sadə residivdən fərqli olaraq, residivin sözügedən növü yalnız qəsdən cinayət törədilməsi zamanı yarana bilər. Bunu əsas götürərək müəllif hesab edir ki, barəsində görülmüş tədbirlərə məhəl qoymayaraq, şüurlu surətdə yenidən cinayət törətmək niyyətində olan şəxslər daha böyük ictimai təhlükəliliyə malikdir. Müəllifin sözlərinə görə, residivin təhlükəli hesab olunmasına dair məsələnin həlli zamanı törədilmiş cinayətlərin və təqsirkarın şəxsiyyətinin gerçək təhlükəliliyini nəzərə almaq lazımdır. Bütün bunlar sözügedən ictimai təhlükəli təzahürün hüquqi təbiətini açmağa, ona əxlaqi-siyasi qiymət verməyə, onun cinayətlərin sadə və xüsusilə təhlükəli residivindən, habelə cinayətlər çoxluğunun digər növlərindən fərqini aydınlaşdırmağa imkan verə bilər.