Агаев И.Б.
Вопросы классификации рецидива преступлений.
Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası.
Bakı, 2004, № 1, s. 474—485. 0,8 çap vərəqi.
Məqalə cinayətlərin residivinin təsnifatının əsaslarına həsr edilmişdir. Qeyd olunur ki, cinayətlərin residivi ilə mübarizə məsələləri onun təsnif edilməsini tələb edir, belə ki, residivin ümumi anlayışının əhəmiyyətinə baxmayaraq, həmin anlayış bu mürəkkəb təzahürün məzmununu tam açıqlamır. O, residivin yalnız ümumi cəhətlərini aşkar etməyə imkan yaradır. Praktikada isə, residivin hər bir halı öz ictimai təhlükəlilik dərəcəsini və digər spesifik hüquqi cəhətlərini müəyyən edən konkret məzmunla zəngindir. Müəllifin sözlərinə görə, residivin növləri müxtəlif ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir, spesifik xüsusiyyətlərə malikdir və bu səbəbdən də müxtəlif cinayət-hüquqi nəticələrə səbəb olur. Buna əsaslanaraq, müəllif hesab edir ki, residivin cinayət-hüquqi təsnifatı həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. Bu cinayətkar fəaliyyətin sözügedən formasını tam təfsilatı ilə tədqiq etməyə və onun qarşısının alınmasının kompleks hüquqi tədbirlərini müəyyən etməyə imkan yaradır.