Аğayev İ.B.
Cinayətlərin residivinin hüquqi əlamətləri.
«Hüquqi dövlət və qanun» hüquq jurnalı.
Bakı, 1999, № 10, s. 44—50. 1,5 çap vərəqi.
Məqalə cinayətlərin residivinin hüquqi əlamətlərinə həsr olunmuşdur. Müəllif qeyd edir ki, cinayət-hüquqi baxımdan residiv anlayışının öyrənilməsi onu təşkil edən əlamətlərin təhlilini tələb edir. Сinayətlərin residivinin əlamətləri cinayətlər çoxluğunun əlamətlərinə əsaslanır. Ona görə də, müəllif həmin əlamətləri iki qrupa bölməyi təklif edir: bütövlükdə cinayətlər çoxluğuna aid olan əlamətlər və cinayətlərin residivinin spesifik əlamətləri. Residivin spesifik əlamətlərinə müəllif ardıcıl olaraq iki və ya daha çox cinayətin törədilməsini, əvvəllər törədilmiş cinayətə görə məhkumluğun olmasını və əvvəllər törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş cəzanın tam və ya qismən çəkilməsini aid edir. Sonra isə, cinayətlərin residivinin spesifik əlamətləri müəllif tərəfindən ətraflı təhlil edilir.