Агаев И.Б.
Назначение наказания при рецидиве преступлений.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2004, № 1, s. 91—94. 0,5 çap vərəqi.
Məqalə təqsirkarın əvvəlki məhkumluğu ilə əlaqədar olan cinayətlər çoxluğuna, yəni cinayətlərin residivinə görə cəza təyin edilməsinə həsr edilmişdir. Qeyd olunur ki, cinayətlərin residivinə qarşı mübarizədə tətbiq edilən tədbirlər kompleksində belə cinayətkar fəaliyyətdə təqsirli bilinən şəxslər barəsində son dərəcə ciddi cəza tədbirlərinin tətbiqi mühüm yer tutmalıdır. Cəzanın ciddiləşdirilməsinin əsasını bu şəxslərdə cəmiyyətə zidd baxışların və vərdişlərin dayanıqlı olması təşkil edir. Buna əsaslanaraq, müəllif hesab edir ki, belə şəxslər uzunmüddətli cəzaya məruz qalmalıdırlar, belə ki, onların islah edilməsinə qısa müddətdə nail olmaq mümkün deyildir. Müəllifin sözlərinə görə, məhkəmə residivə görə cəza təyin edərkən, məhkumun ictimai təhlükəlilik dərəcəsini aydınlaşdırmalıdır. Məsələnin bu və ya digər həlli məhkəmənin həm cəzanın həddi, həm də onun icrası qaydası (cəza-icra müəssisəsinin növünün seçilməsi) haqqında müxtəlif nəticələrinə səbəb olur. Sadə, təhlükəli və ya xüsusi təhlükəli residiv zamanı cinayətlər törətmiş şəxslər barəsində müxtəlif cəzaçəkmə şəraiti nəzərdə tutulmalıdır.