Агаев И.Б.
Юридические признаки реальной совокупности преступлений.
Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.
Bakı, 2003, № 3–4, s. 53—66. 1 çap vərəqi.
Məqalədə cinayətlərin real məcmusunun cinayətlər çoxluğunun növü qismində onun bütün əlamətləri ilə səciyyələnməsi müəyyən olunur. O, cinayətlərin ideal məcmusu, habelə cinayətlər çoxluğunun digər növləri ilə müəyyən oxşarlıqlara malikdir. Lakin bununla belə, real məcmu xüsusi olaraq nəzərdən keçirilmə tələb edən özünəməxsus əlamətləri ilə cinayətlər çoxluğunun digər növlərindən fərqlənir. Qeyd olunur ki, real məcmu cinayətlərin məcmusunun ən sadə, lakin ən çox yayılmış növüdür. Məcmuya daxil olan hər bir cinayət təqsirkarın ayrı-ayrı əməli ilə yaranır, yəni təqsirkar müxtəlif hərəkətlərlə (hərəkətsizliklə), bir qayda olaraq, müxtəlif vaxtlarda bir cinayət tərkibinin çərçivəsinə sığmayan iki və ya daha artıq müstəqil cinayət törədir. Müəllif cinayətlərin real məcmusunun bütün əlamətlərini ətraflı təhlil edir.