Агаев И.Б.
Реальная совокупность преступлений и предварительная преступная деятельность.
«Пробелы в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2009, № 1, s. 163—165. 0,5 çap vərəqi.
Məqalədə ilkin cinayətkar fəaliyyətin, yəni cinayətə hazırlıq və cinayət etməyə cəhdin real məcmu yarada bilib-bilməməsi məsələsi tədqiq olunur. Müəllif cinayətə hazırlıq və cinayət etməyə cəhdin anlayışını və əlamətlərini açıqlayaraq, belə bir nəticəyə gəlir ki, real məcmu bir əməlin digər, daha ictimai təhlükəli əməlin törədilmə mərhələsi olmadığı halda yarana bilər. O həmçinin təklif edir ki, real məcmunun müxtəlif cinsli cinayətlərdən təşkil olunmasına dair müddəa həm başa çatmış, həm də başa çatmayan cinayətlərə şamil olunmalıdır. Törədilmiş cinayətlərin eyni və ya həmcins olması təkrarlılığı əmələ gətirir.