Агаев И.Б.
Понятие совокупности преступлений.
«Уголовное право» hüquq jurnalı. Moskva, 2003, № 3, s. 4—7. 0,5 çap vərəqi.
Məqalədə cinayətlərin məcmusu anlayışının xüsusiyyətləri açıqlanır. Qeyd olunur ki, cinayət, cəza və cinayət tərkibi haqqında ümumi təlimin ayrılmaz hissəsindən ibarət olan cinayətlərin məcmusu məsələləri bir neçə cinayət törədildiyi zaman məsuliyyətin əsaslarının və cəzanın hədlərinin müəyyən edilməsi üçün mühüm praktiki əhəmiyyətə malikdir. Cinayətlərin məcmusu, onun anlayışı, təsnifatı və ona görə cəza təyin edilməsi ilə əlaqədar problemlərin tarixinin böyük olması və, nəticə etibarilə, hüquqşünaslar arasında qızğın mübahisəyə səbəb olması barədə müddəalar əsaslandırılır. Sonra bu məsələ ilə əlaqədar bəzi hüquqşünasların fikirləri təhlil olunur. Yekunda isə, nəzərdən keçirdiyi müddəalara əsaslanaraq, müəllif cinayətlərin məcmusunu törədilmiş cinayətlərdən ən azı ikisinə görə cinayət-hüquqi nəticələri istisna edən halların olmadığı təqdirdə, məhkumluğu olmayan şəxs tərəfindən iki və ya daha artıq müxtəlif cinsli cinayətlərin törədilməsi kimi müəyyən edir.