Агаев И.Б.
О видах рецидива преступлений.
Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları.
Bakı, 1999, s. 51—53. 0,2 çap vərəqi.
Məqalədə cinayətlərin residivinin növlərinin bəzi xüsusiyyətlərinə müxtəsər surətdə toxunulur. Qeyd olunur ki, residivin üç növü vardır: sadə, təhlükəli və xüsusilə təhlükəli. Təhlükəli residiv və xüsusilə təhlükəli residiv anlayışlarının sadə residivə nisbətən daha genişhəcmli və genişəhatəli olması barədə müddəa əsaslandırıdır. Qeyd olunur ki, əməlləri təhlükəli və ya xüsusilə təhlükəli residivi təşkil edən şəxslərin cinayətkar fəaliyyəti onunla səciyyələnir ki, belə şəxslər öz hərəkətlərinin mövcud sosial əhəmiyyətli dəyər, maraq və ya sərvətlər üçün zərərli olduğunu dərk etməklə cinayət törədirlər. Sonra isə, residivin cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə görə növləri təhlil edilir. Müəllifin sözlərinə görə, bu bölgü nəinki nəzəri cəhətdən maraq doğurur, o, həm də böyük praktiki əhəmiyyətə malikdir.