Агаев И.Б.
Уголовно-правовая борьба с рецидивом преступлений.
Gənc alimlərin V Respublika elmi konfransının materialları.
Bakı, 1999, s. 16—18. 0,3 çap vərəqi.
Məqalədə cinayətlərin residivi ilə mübarizənin xüsusiyyətləri açıqlanır. Müəllif tərəfindən belə bir müddəa əsaslandırılır ki, Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi, xüsusən də cinayətlərin residivi ilə mübarizə sferasında, keçmiş dövrün ideya və prinsiplərinə əsaslanır və nəticə etibarilə, hazırkı dövrün cinayətkarlıqla mübarizə tələblərinə cavab vermir. Müəllifin sözlərinə görə, cinayətlərin residivi bütövlükdə cəmiyyət üçün böyük ictimai təhlükə yaradır, belə ki, bu fəaliyyətdə təqsirli bilinən şəxslər öz keçmiş təcrübələrinə arxalanaraq, daha bacarıqla və qətiyyətlə cinayət törədirlər və qanunla qorunan obyektlərə daha böyük zərər vururlar. Ona görə də, cinayətlərin residivinin anlayışının əsasına onun məqsədli təyinatı qoyulmalıdır ki, bu da çətinliklə islah edilən cinayətkarların müəyyən edilməsinə və onlara daha ciddi tədbirlər tətbiq edilməsinə şərait yaratmalıdır.