Агаев И.Б.
Основания классификации совокупности преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi – hüquqi tədqiqatlar institutu. Sosial-siyasi problemlər. 11-ci buraxılış.
Bakı, 2004, s. 73—80. 0,5 çap vərəqi.
Cinayətlərin məcmusu cinayət hüququnun mühüm və mürəkkəb problemlərindən biridir. Məqalədə qeyd olunur ki, cinayətlərin məcmusu müxtəlif cinayətlərin təsadüfi əlaqələnməsinin toplusundan ibarətdir. Nəticə etibarilə, məcmuya daxil olan cinayətlər cinayətkar fəaliyyətin müxtəlif formalarında təzahür edə bilər. Bu isə, müəllifin fikrincə, məcmunun çoxşaxəliyinə daha yaxşı bələd olmağa imkan verən təsnifat məsələsinin zəruriliyinə gətirib çıxarır. Cinayətlərin məcmusunun növlərinin şəxs tərəfindən ən azı iki müxtəlif cinsli cinayətin törədilməsinin müxtəlif halları ilə səciyyələnməsi barədə müddəa əsaslandırılır. Bununla yanaşı qeyd olunur ki, obyektiv və subyektiv xarakterli əlamətlərinə görə fərqlənsələr də, həmin növlər çox sayda ümumi əlamətlərə malikdir.