Агаев И.Б.
Признаки идеальной совокупности преступлений.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Sosial-siyasi problemlər. 11-ci buraxılış.
Bakı, 2004, s. 35—43. 0,7 çap vərəqi.
Məqalənin əvvəlində qeyd olunur ki, cinayətlərin ideal məcmusunun düzgün tövsif edilməsi baxımından onun anlayışını səciyyələndirən hüquqi əlamətlərin müəyyən olunması mühüm əhəmiyyətə malikdir. İdeal məcmunun hüquqi əlamətləri sisteminin cinayətlər çoxluğunun və cinayətlərin məcmusunun hüquqi əlamətlərinə əsaslanması barədə fikir söylənilir. Müəllif cinayətlərin ideal məcmusunun hüquqi əlamətlərini üç qrupa bölməyi təklif edir: bütövlükdə cinayətlər çoxluğuna aid olan əlamətlər, cinayətlərin məcmusunun bütün növlərinə aid olan əlamətlər və cinayətlərin ideal məcmusunun spesifik əlamətləri. Sonra ideal məcmunun bütün əlamətləri müəllif tərəfindən ətraflı təhlil olunur.