Агаев И.Б.
Полное либо частичное отбытие назначенного судом наказания за предшествующее преступление – важнейший признак рецидива преступлений.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2005, № 1, s. 175 – 177. 0,4 çap vərəqi.
Məqalədə qeyd olunur ki, məhkumluqla cəza arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Cinayətin törədilməsində təqsiri olan şəxsin ictimai təhlükəliliyi cəzanın və məhkumluğun ayrılmaz əlaqəsinin zəruri şərtidir. Müəllifin fikrincə, məhkəmə tərəfindən təyin edilmiş cəzanı çəkdikdən sonra yenidən cinayət törətmiş şəxsin ictimai təhlükəliliyi yüksəkdir. Buna əsaslanaraq, müəllif təklif edir ki, cinayətlərin residivi əvvəllər törətdiyi cinayətə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş və cəzasını tam yaxud qismən çəkmiş şəxsin cinayət törətməsi kimi təsbit edilməlidir. Cinayətlərin residivinin belə anlayışını o, yeganə düzgün hesab edir.